Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə123/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   178
I CİLD (2)

Jestlərin dili.
Nitq jestlərlə müşayiət olunmursa, onun ifadəliliyi xeyli zəifləyir. Bəzən 
jest sözdən güclü məna kəsb edə bilər. Lakin jest təkcə ifadəli olmamalı, həm də müəyyən 
həddi keçməməlidir. Məsələn, Banqladeşdən olan professor Mizanur Rəhman pulu olmadığını 
söyləmək istəyərkən, şalvarının cibini tərsinə çevirirdi. Ağ parçadan tikilmiş boş cib açıq-aşkar 
hər şeyi nümayiş etdirirdi və artıq şərhə ehtiyac qalmırdı. 
Jestlər həm əllərin, həm başın hərəkətindən, həm də üzün mimikasından: qaşların 
qaldırılmasından, dodağın dişlənməsindən və s.-dən ibarət ola bilər. Bütün bunlar deyilən 
sözləri vurğulamağa və ya onlara müxtəlif çalarlar verməyə kömək edir. 
Güclü sonluq
. Natiq öz çıxışında nə qədər güclü danışır-danışsın, çıxışın sonu mütləq 
güclü olmalıdır. Çıxışın nəticə hissəsində bütün çıxış ərzində deyilənlərə qısa və aydın yekun 
vurulmalıdır. Bəzi çıxışlarda alternativ fikir söyləmək mümkün olsa da, bunu bütün natiqlərin 
(məsələn, vəkilin) çıxışlarına aid etmək olmaz. Çünki vəkilin bir mövqeyi olmalıdır. O həmin 
mövqeyi məhkəmə iclasının gedişində müdafiə edərək qoruyur. Nitqin sonluğu elə olmalıdır 
ki, dinləyicilərdə onu alqışlamaq istəyi yarana bilsin, həmçinin bütün deyilənləri dərk etmək 
üçün zalda zəruri sükut yaransın və bu sükut zamanı hər bir kəs öz-özünə düşünə bilsin: 
“Doğrudan da, çox güclü söylənildi” (17,95).
“Təcrübə göstərir ki, çıxışın birinci və sonuncu dəqiqələri daha yaxşı yadda qalır. Əgər 
ilk dəqiqə dinləyicilərin diqqətini cəlb etməyə kömək edirsə, sonuncu dəqiqənin akkordları 
onların şüurunda uzun müddət səslənməlidir” (17, 96). Eyni zamanda nitqi vaxtında başa 
çatdırmaq da vacib məsələdir.
Məşhur rus hüquqşünaslarının nitqlərinin sonluğuna aid nümunələr: “Cəmiyyətdə 
görkəmli mövqe tutan, faydalı xadim olan və ictimai maraqların xidmətində duran 
təqsirləndirilən şəxsə çox imkanlar verilmişdi. Lakin kimə çox imkan yaradılarsa, həmin 
şəxsdən çox hesabat tələb olunur və mənim fikrimcə, sizin hökmünüz sübut edəcək ki
təqsirləndirilən şəxsdən çox hesabat istənilir” (

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin