ƏDƏBİYYAT
1.
Аристотель. Топика.// Сочинение:В 4м. Т.2-М.,1988.
2.
Об ораторском искусстве: Хромомания. М., 1973.
3.
Сергеенко М.Е. Жизнь Древного Рима. М.-А., 1964.
4.
Azərbaycan sovet ensiklopediyası. VII cild, Bakı, ASE Baş redaksiyası, 1983.
5.
Об ораторском искусстве: Хрестоматия. М. 1973.
6.
Azərbaycan dilinin izahlı lüğəti. III c. Bakı, Elm, 1983.
DİL VƏ ÜSLUB. NİTQ ÜSLUBLARI. ƏDƏBİ DİLİN FUNKSİONAL
ÜSLUBLARI
Müasir dilçiliyin ən aktual problemlərindən biri dil və üslub məsələsidir.
Üslub
(ər. ) -
stilsözü çoxmənalıdır. Qədimdə stil (əsli yun. stylos, lat. stulus) yazıda istifadə olunan,
bir ucu
iti, digəri dəyirmi çubuğa deyilirdi. Lakin tədricən yazı üçün çubuq istifadədən çıxdı. “Stil” –
“üslub” sözü isə dildə yazı manerası (tərzi) və dildən fərqli istifadə mənasında işlənməyə
başladı. Müasir dövrümüzdə üslub çox geniş anlayış olub, bir çox sahələrdə özünu göstərir.
Memarlıqda,
musiqidə, rəssamlıqda, heykəltaraşlıqda (akademik üslub, Şərq üslubu,
milli
üslub, qotik üslub, barokko üslubu, klassik musiqi üslubu, Səttar Bəhlulzadənin üslubu,Vaqif
Mustafazadənin təkrarolunmaz caz üslubu və s.), eləcə də bu və ya digər sahədə fəaliyyət
göstərən sənətkarların yaradıcılığında diqqəti cəlb edən keyfiyyətlərin, fərqlənən əlamətlərin
cəmi
üslub
adlanır.
Dilçilikdə
üslub xüsusi anlayışdır. O ictimai həyatın müxtəlif
sahələrinə xidmət edən
dilin fərqli növləridir. Tarixin ayrı-ayri dövrlərində
üslub
anlayışı
fərqli şəkildə başa
düşülmüşdür və onun tarixi çox qədimdir. Hələ qədim dövrlərdə romalılar dil məsələləri ilə
məşğul olarkən üslub və üslubiyyat problemlərinə də toxunmuş,
bu barədə ilk dəfə elmi
mülahizələr irəli sürmüşlər. Yunanlar üçün üslub sübutetmə vasitəsi olmuşdur. Məsələn, antik
dövrün məşhur alimlərindən olan Aristotel “Bəlağət” kitabında üslubun anlaşıqlı, dürüst
olmasını vacib şərtlərdən hesab etmişdir. Klassik elmdə üslubiyyat çox zaman ritorikanın
kölgəsində şərh edilmişdir. Qədim hindlilər
üsluba nitqin zahiri əlaməti, onun bəzəyi kimi
baxmış, üslubiyyatı isə dilin istifadə vasitələri haqqında təlim hesab etmişlər.
Dostları ilə paylaş: