Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə122/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   178
I CİLD (2)

Hakimin nitqi.
Müttəhimin cavan, qocalığını, uşaqlarını, ata-ananı cəmiyyətdəki 
xidmətlərini və.s cəhətləri nəzərə alaraq çıxış edir, cəzanı yüngülləşdirir. 
Vəkilin nitqi.
Vəkil qanunların aliliyini gözləməklə müttəhimin hüquqlarını müdafiə 
etməli, şahidlərin nitqini düzgün analiz etməlidir. Vəkilin müdafiə nitqini söyləyərkən diqqəti 
cəlb etmək cəhdi nitqi hazırlamaq və söyləməkdən qat-qat çətindir. Burada diqqəti dərhal cəlb 
etmək, çıxışın sonuna kimi diqqət mərzində olmaq, nitqi başa çatdırmaq, diqqətin 
yayınmamasına nail olmaq vacib məsələdir.
Hüquqşünas sərbəst söhbətin gedişini idarə etməyi bacarmalıdır. Söhbəti idarə etmənin 
kifayət qədər psixoloji üsulları var. Məsələn, hüquqşünas sərbəst söhbətin axarını dayandıraraq 
suallar verməyə tələsməməlidir, çünki hüquqşünasın baş vermiş hadisələr barədə öz 
təsəvvürünü müştəriyə diktə etmək təhlükəsi yarana bilər, müştərinin danışıqlarında hansısa 
məqamları buraxa bilər, ola bilər ki, həmin məqamlar sonradan iş üçün olduqca vacib olsun. 
Müsahibənin başqa psixoloji aspektləri də ola bilər. Məsələn, gənc vəkil müştərisinin inciyə 
biləcəyindən ehtiyat edib sözünü kəsmir, yaxud şəxsin problemlərinin hüquqi aspektlərini 
müəyyən etməkdə çətinlik çəkir və s. 
Bu nitq prosesində hər şey vacibdir, xırda və əhəmiyyətsiz məsələ yoxdur. Hətta vəkilin 
xarici görünüşü, geyimi, davranışı, məhkəmə iclasına münasibəti, danışıq tərzi, üslubu son 
qərarın verilməsinə mənfi və ya müsbət təsir göstərə bilər. Məsələn, vəkilin qıcıqlandırıcı 
hərəkətləri, saymazyana davranışı, ehtinadsızlığı, həddindən artıq bahalı, və ya açıq-saçıq 
geyimi, kimisə yamsılayan qeyri-səmimi çıxışı müttəhimə verilən qərara öz mənfi təsirini 
göstərə bilər.
Məhkəmə praktikasında bu cür hallara rast gəlinir: ... vəkil Qulamova nitqi heç bir 
yerdən oxumamış, sərbəst söyləmişdi. Nitq yaxşı qurulmuşdu, aydın və diqqətəlayiq 
hazırlanmışdı və o, haqlı olaraq öz çıxışından razı qalmışdı. Onun çıxışı o biri vəkillərin 
çıxışları ilə müqayisədə daha məzmunlu idi. Bu səbəbdən nəticə onun üçün gözlənilmək və 
qanqaraldıcı idi: müttəhim S.Nərimanov istisna olmaqla, təqsirləndirilən şəxslərin hamısına bu 
və ya digər dərəcədə güzəştlər edildi, bəziləri təqsirsiz bilindi, bəzilərinin isə təqsirləri sübuta 


yetirilməmiş sayıldı. S.Nərimanov yeganə şəxs oldu ki, onun barəsində andlılar nəinki hər 
hansı xüsusi güzəşt tətbiq etməyi lazım bildilər, hətta ona aid güzəştin tətbiqi məsələsini belə 
qaldırmadılar. Baxmayaraq ki, Müttəhim təqsirləndirilən iştirakçılar qrupunda elə bir 
əhəmiyyəti olmayan ikinci dərəcəli sima idi: o, heç kimi öldürməmiş, soymamışdı, verilən 
ifadələrə görə o, cinayətlər törədilən zaman “ keşikdə dayanırdı”. Lakin maddi durumu o qədər 
də yaxşı olmayan iclasçılar dörd ay idi soyuq zalda oturub vəkilinin davranışını izləmək 
imkanına malik idilər. Vəkilin bahalı maşını və geyimi, təkəbbüru, davranışı bütün görkəmi ilə 
məhkəmə iclası zalında baş verənlərin hamısına tam laqeydlik nümayiş etdirməsi andlı 
iclasçıların əsəblərini qıcıqlandırırdı. Belə nəticədən təəccüblənən və uzun müddət özünə gələ 
bilməyən şəkil üçün bu, həm yaxşı dərs oldu, həm də bu prosesdə iştirak edən insanlara qarşı 
diqqətsizliyə və etinasızlığa yaxşı cəza oldu” (17, 90-91). Beləliklə, vəkilin görkəmində, 
davranışında xırda, əhəmiyyətsiz məsələ yoxdur. Əlbəttə, başqa xarakterli ifrat hallar da olur. 
Geyimdəki səliqəsizlik(çirkli, əzilmiş geyim) xarici görkəmdəki çatışmazlıq (məsələn, 
səliqəsiz saçlar, dişlərin olmaması) söylənilən nitqin təsirini azaldır, baxmayaraq ki, həmin nitq 
savadlı və ifadəlidir. 
Dil.
Məhkəmə iclasında çıxış edənin dili, yəni nitqi xüsusilə mühüm rol oynayır. 
Hamıya məlum olan “deməli”, “belə demək mümkünsə”, “deyək ki”, “bax belə” və s. bu kimi 
“tüfeyli” sözlər işlətmək, yaxud fikri ifadə etmək çətin olduqda qırıq-qırırq səslər çıxarmaq 
halları ilə hamımız tez-tez rastlaşırıq. Məharətli natiq nitqində belə hallara yol verilmir. Eyni 
zamanda məhkəmədə çıxış edərkən jarqonlardan, məişət ifadələrindən istifadə etmək olmaz. 
Dil sadə və anlaşıqlı olmalıdır.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin