Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə121/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   ...   178
I CİLD (2)

2
.Akademik natiqlik: 
a)ali məktəblərdə oxunan mühazirə, 
b)elmi məruzə, 
ç)birdəfəlik oxunan mühazirə, 
c)elmi xəbərlər. 
3
.Məhkəmə natiqliyi: 
a)prokuror nitqi və ya ittihamedici nitq, 
b)vəkil və ya müdafiə nitqi, 
ç)müttəhimin nitqi, 
c)hakimin nitqi, 
d)şahidlərin nitqi. 
4
.Məşiət natiqliyi: 


a)yubileylərdə söylənilən nitq, 
b)masa arxasında söylənilən nitq, 
ç)qəbrüstü nitq. 
5
.Dini natiqlik: moizə və xütbə nitqi. 
Məhkəmə natiqliyi.
Natiqlik sənətində ən qədim tarixə malik məhkəmə natiqliyi 
demokratik əsaslar üzərində qurulan bir anlayış ifadə edir. Antik dövrün məhsuludur. Qədim 
yunan hökmdarlarının Solon islahatlarından özünümüdafiənin yaranması ilə məhkəmə natiqlik 
sənətinin bünövrəsi qoyuldu. Qədim Yunanıstanda Demosfen, Lisi, Lsey, Romada Siseron, 
Fransada andlı məhkəmələr Lemetr, Demonj, Rusiyada Plevako, Koni kimi natiqlər yetişdi.
Məhkəmə natiqliyinə prokuror, vəkil, müttəhim, şahid, xalq hakiminin nitqi daxildir. 
Bu nitq formalarının bir qismi (prokuror, məhkəmənin nitqi) ittihamedici, digər qismi (vəkil 
və müttəhimin nitqi) müdafiəedici olur. Məhkəmə natiqliyi müttəhimin müdafiəsi üzərində 
qurulur. Ədalətin qələbəsi üçün vəkil nitqi kimi hüquqi əsaslarla səciyyələnir. Və məhkəmə 
zamanı gizli qalan hadisələr, obyektiv, subyektiv cəhətlər elmi şəkildə araşdırılır. Məhkəmə 
natiqliyini fərqləndirən cəhət onun hüquq, psixologiya, məntiq, pedaqogika, dil, ədəbiyyat və 
digər elmlərlə bağlı olmasıdır.
Prokurorun nitqi.
Prosesdə əsas rol oynayır. O, dövlət ittiamçısıdır, müttəhimin 
törətdiyi cinayətə görə cəza almasını hakim tələb edir. Prokuror qanun keşikçisidir. Onun nitqi 
ədalətin bərpası, hadisələrin düzgün təhlili şərhi istiqamətində qurulmalıdır.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin