ixtisasından və sosial vəziyyətindən asılı olmayaraq adi adamlardır. Danışıq nitqi ünsiyyətin
sərbəst, təbii, hazırlıqsız qurulmasıdır.
Danışıq nitqinin əsasını (məişət-danışıq üslubu) ədəbi danışıq nitqi təşkil edir, bəzən sadə
danışıq ona birləşir, bəzən də jarqon və dialekt vahidləri də bura daxil olur.
Danışıq üslubunun əlamətləri:
1)intonasiyalı olmasıdır, çünki danışıq üslubunda yalnız
fikirlər deyil, həm də hisslər
ifadə edilir.
Burada emosional leksika, nida cümlələri geniş yer tutur. Bədii mətnlərdə isə
danışıq tərzini vermək üçün yarımçıq cümlələrdən parçalara bölünmə, durğu işarələrindən isə
tire və üç nöqtədən istifadə olunur.
2)spontanlıq;
3)həmsöhbətlərin
qeyri-rəsmi münasibətləri;
4)həmsöhbətlərin danışıqda bilavasitə iştirakı (hətta, danışıq monoloq olsa da
həmsöhbətin danışığa müdaxiləsi, dəstəkləyici replikaları və ədatlar (əlbəttə, hə, bəli,
doğrudan? sən
nə deyirsən, yox əşşi, aha və s.);
5)situativlik;
6)ünsiyyət iştirakçılarının situasiyadan asılılığı; qeyri-verbal ifadə vasitələrinin üstün
rolu (mimika və jestlərdən istifadə olunur).
Danışıq nitqinin şifahi janrları:
1) nəqletmə (dialoji , dialoqlaşdırılmış monoloq);
2)söhbət;
3)kompliment (nitq improvizasiyası, adresata xoş olmaq üçün);
4)şəxsi dialoq (geniş yayılmış janr);
5)miniatür danışıq (danışıq miniatürləri);
6)müşayiətedici replikalar;
7)yerində deyilmiş fraza (həmsöhbətə ünvanlanmamış);
8)mübahisə;
9)poliloloq (bir neçə mövzunu əhatə etməsi ilə səciyyələnən).
Danışıq nitqinin mövcudluğu üçün təbii vasitə−dialoq və poliloq,
Dostları ilə paylaş: