2)iştirakçıların qarşılıqlı hüquqi münasibətlərini tənzimləmək sisteminin təyinindən irəli
gəlir.
Bu vəzifələr
insanların
cəmiyyətdə münasibətlərinin, hərəkət və davranışlarının
tənzimlənməsi (dövlət orqanları və təşkilatların fəaliyyəti nəticəsində) əldə edilir.
Rəsmi-
işgüzar üslub effektiv idarəetməni təmin edir.
Rəsmi-işgüzar üslubun istifadə olunduğu sahələr:
1)qanunverici
orqanlar;
2)hüquq-mühafizə orqanları;
3)inzibati-təsərrüfat sahələri;
4)diplomatik.
Bu sahələrdəki qarşılıqlı əlaqələri rəsmi-işgüzar üsluba xas
norma və qaydalar
təmin
edir. Rəsmi-işgüzar üslubun yazılı və şifahi formaları var, lakin əsas fəaliyyət forması yazılı
formadır. Bu məlumatın ona hüquqi status verən sənədləşdirilməsi zərurətindən yaranmışdır.
Rəsmi-işgüzar üsluba verilən ümumi tələblər
işgüzar əlaqələrin xüsusi şərtləri ilə
müəyyən edilir: 1)rəsmi xarakter; 2)ünvanlı olması; 3)idarəetmə situasiyalarının təkrarlılığı;
4)tematik (mövzu) məhdudluq.
Göstərilən tələblər “rəsmi yazışma mədəniyyəti” anlayışının əsasında durur. Rəsmi-
işgüzar üslubun formalaşması, işgüzar yazıların tərtibi və rəsmiləşdirilməsi işində dünya
təcrübəsindən istifadə etmək vahid standartların yaranmasına yardım edir.
Dostları ilə paylaş: