emosional, ekspressiv üslubu yaranır. Başqa heç bir funksional üslubda üslublar bir-birinə belə
qarşılıqlı təsir göstərərək əlaqələnə, çulğalaşa bilmir.
Bədii üslubun belə geniş dairəni əhatə etməsinin səbəbini mövzularının hüdudsuzluğu ilə
izah etmək olar. Digər funksional üslublar həyatın, insan fəaliyyətinin müəyyən bir sahəsini
əks etdirirsə, bədii ədəbiyyatda ictimai həyatın bütün sahələri, hadisələri təsvir oluna bilər.
Beləliklə, bədii üslub, başqa üslublardan fərqli olaraq, dil vasitələrindən onların üslubi
çalarlarının müxtəlif ahənglərdə istifadəsi ilə səciyyələnir. Başqa funksional üslublar isə bir
qayda olaraq hər hansı ümumi üslubi çalarla xarakterizə olunur. Lakin bu üslubların
qaışdırılması deyil. Bədii ədəbiyyatda dil vasitələrindən istifadə son nəticədə müəllifin niyyəti
və əsərin məzmunundan, obrazın yaradılmasından asılıdır və bunun vasitəsilə adresata (öz
oxucularına) təsir göstərilməsidir. Lakin stilistik, üslubi cəhətdən əsaslandırılmış şəkildə.
2.
Dostları ilə paylaş: