Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə135/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   131   132   133   134   135   136   137   138   ...   178
I CİLD (2)

Publisistik üslub.
Publisistik sözü lat. publicus- “ictimai” deməkdir(5,520). Publisistika 
funksional üslubların ən fəal janrıdır. Publisistikanın mövzüsu cəmiyyəti məşğul edən, 
ictimaiyyəti düşündürən gündəlik məsələlərdir. Yaxşı publisist bu cür məsələlərə operativ 
müdaxilə edərək onları gündəmə gətirir, cəmiyyətin problemlərini həll etməyə, kütlələrin 
dünyagörüşünü formalaşdırmağa, ictimai şüuru inkişaf etdirməyə xidmət edir. Publisistik üslub 
yazılı və şifahi formada olur. Bu üslub özündə bir çox üslubların əlamətini cəmləşdirir. Bir növ 
bədii üslubla elmi üslub arasında orta mövqe tutur. Onu elmi üsluba yaxınlaşdıran cəhət dövrün 
mühüm ictimai-siyasi, iqtisadi məsələlərinin, elmin, texnikanın inkişafı ilə əlaqədar faktların 
seçilməsi, elmi nəzəriyyələr və kəşflərin geniş oxucuya çatdırırlması və s.-dir. Publisistik 
üslubu səciyyələndirən əlamətlərdən biri də onun danışıq üslubuna yaxın olmasıdır. Ona görə 
qəzet və jurnallarda dərc olunan müxtəlif səpkili yazıların, televiziyada və radioda dinlənilən 
öçerklərin, çıxışların, nitqlərin sadə, aydın, kütləvi dildə olması başlıca şərtdir. 


Publisistik üslub öz kütləviliyi ilə ədəbi dilin başqa üslublarından öndədir. Publisistik 
əsərlərdə bədii ifadə vasitələrindən, üsul və metodlardan geniş istifadə olunur. Bu yazılarda 
emosionallıq, ekspressivlik, obrazlılıq yaratmaq üçün istifadə olunur. Belə yazılar, nitq
oxucunun, dinləyicinin qəlbinə nüfuz edir, onu həyəcanlandırır, təsir qüvvəsini artırır. 
Fərdi üslub.
Bu və ya digər yazıçının üslubu fərdi üslub kimi səciyyələnir. Fərdi üslub 
dilin funksional üslublarından fərqləndirilsə də, bu onun ümumdil xaricində mövcüd olması 
demək deyil. Bu ümuminin bir hissəsidir. Fərdi üslüb yazıçının dünyagörüşü ilə ifadə tərzinin 
vəhdətidir. Yazıçının üslubu onun zövqü, həyata münasibəti, elmi və siyasi biliyi, mədəniyyəti 
və qabiliyyəti əsasında formalaşır.
K.Fossler, onun davamçıları L.Şpitser və b. hesab edirdi ki, dilin üslubu hər hansı 
görkəmli yazıçının fərdi üslubu ilə əlaqədardır, yəni yazıçılar dilin normalarını dəyişdirə 
bilərlər. Bu isə onların təkcə üslubda deyil, ədəbi dil sahəsində də böyük nüfuza malik 
olduqlarını göstərir. Ş.Balli isə hesab edir ki, dil üslubunun yazıçıların üslubu ilə heç bir əlaqəsi
yoxdur və dil üslublarını ədəbiyyat vasitəsilə öyrənmək olmaz. Ş.Balli eyni zamanda yazıçının 
və natiqin üslubunun öyrənilməsini tamamilə ayrı-ayrı işlər hesab edirdi (Ш.Балли 
Французская стилистика. M., 1961). Lakin ədəbi dil və ədəbi-bədii dil ayrı-ayrı sahələr olsa 
da, bunları ümumxalq dili, milli dil zəminində yetişən, inkişaf edən kateqoriyalar kimi vəhdət 
halında götürmək lazımdır.
Dildə, üslubda fərdi keyfiyyət və özünəməxsusluq ədəbi problemdir. C.Cabbarlının 
əsərlərinin dilini, sürətlərinin danışığını, nitqlərini harada olur-olsun dərhal seçmək, tanımaq 
olar. Yüz min misranın, beytin içinə Səməd Vurğundan bircə misra, beyt düşsə, onu tanımaq, 
ayırmaq olar. Bu dildə, üslubda fərdin əldə etdiyi yüksək bədii keyfiyyətdir. Fərdi 
keyfiyyətdən, özünəməxsusluqdan məhrum sənətkar sənətkar deyil. Yazsa, yaratsa da, çap 
olunsa da tez unudular, uzun müddət yaşamaz, bu əsrdən o əsrə çıxmaz. Bu həyatın qanunudur. 
M.Ə.Sabir özündən əvvəl Q.B. Zakir və S.Ə.Şirvani ilə başlanılan satirik şeir üslubunu öz 
ideya istiqamətinə yönəltməklə ona yeni məna, inqilabi ruh və məzmun vermişdir. Nə dünyaya 
ikinci Sabir gəldi, nə də Sabir öz aktuallığını itirdi. A.Səhhət yazırdı:"Sabir köhnə şeirlərlə yeni 
şeirlər arasında bir əsrlik qədər uçurum açdı ki,bir daha geri dönüb də o uçurumu atlamağa 
kimsədə cəsarət qalmadı”. 
Dildə və üslubda C.Məmmədquluzadə özünəməxsusluğu və fərdi keyfiyyəti də ayrı bir 
zirvədir. Zirvələr isə təkrar olunmazdır. 
Yeni, orijinal söz demək həmişə çətin olub. M.Füzuli ona qədərki Azərbaycan 
şeirinin dili, qəzəl üslubunun çox güclü olduğunu, yeni fikir və söz demək üçün daha artıq 
işləməyə, yuxusuz gecələr keçirməyə məcbur qaldığını yazırdı: “Elə vaxtlar olmuşdur ki, gecə 
səhərə qədər oyaqlıq zəhərini dadmış və bağrımın qanı ilə bir məzmunu tapıb yazmışam. Səhər 
olanda başqa şairlərlə uyğun gəldiyini görüb yazdığımı pozmuşam, ona sahib çıxmamışam”. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin