Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir


Fiziki şəxslərə aid sənədlərin tərtib prinsipləri və qaydaları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə143/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   139   140   141   142   143   144   145   146   ...   178
I CİLD (2)

Fiziki şəxslərə aid sənədlərin tərtib prinsipləri və qaydaları 
 
Qeyd olunduğu kimi, ərizə, məktub, məlumat, elan, tərcümeyi-hal, qəbz, arayış kimi 
sənədlərin müəllifi fiziki şəxs ola bilər. Bu sənədlərdən ikisi –ərizə və tərcümeyi-halın fiziki 
şəxlər tərəfindən tərtibi daha çox yaylmışdır. Həmin sənəd növlərinin tərtib prinsiplərini 
aydınlaşdıraq. 
ƏRİZƏ
Rəsmi yazılı məlumata aid sənəd növüdür. Bu sənəd fiziki şəxs tərəfindən və ya fiziki 
şəxslər tərəfindən hazırlanır. Ərizədə xahiş, şikayət və məlumat (xəbər) ifadəsini tapa bilər. 
Ərizə ərəb dilindən alınma sözdür. Bir faktı ifadə etmək, çatdırmaq, onun haqqında məlumat 
vermək mənasını daşıyır. Müraciət etmək, «ərz etmək» kimi anlaşılır. Sənədin rus dilində olan 
«zaəvlenie» adının tərcüməsi kimi dilimizə daxil olmuşdur. Onu da qeyd edək ki, ərizə sovet 
dövründən əvvəl də istifadə olunmuş sənəd növüdür. Tarixən qədim olan sənəd növü sayıla 
bilər. Azərbaycan ədəbiyyatında bu sənəd növünün adı işlənir. Məzmunundan asılı olaraq üç 
növünə təsadüf olunur:
1) şikayət xarakterli ərizələr;
2) xahiş xarakterli ərizələr;


3) məlumat xarakterli ərizələr. Bu növlərdən hər hansı birinə aidliyindən asılı olmayaraq 
ərizədə sənədin adından başqa aşağıdakı rekvizitlərin olması vacibdir:
1) ərizənin ünvanlandığı təşkilat, idarə, müəssisə və s.;
2) adresatın vəzifəsi, adı, soyadı,
3) adresantın kimliyi;
4) adresantın adı, soyadı;
5) adresantın imzası;
6) sənədin tərtibolunma tarixi.
Ərizəyə qoyulan tələblərə görə burada onun adı, kimə və kimdən yazılması dəqiq 
olmalıdır. Ərizənin məzmunu qısa, faktlar isə konkret ifadə olunmalıdır. Ərizədə izafi 
mətləblərin verilməsinə ehtiyac yoxdur. Bu cür məlumatların və ya təkrarların ərizəyə 
salınması sənədə baxılarkən onun yazılma məqsədini aydınlaşdırarkən çətinlik törədir. 
Ərizənin tərtibi zamanı ərizəçi öz adını və soyadını sənədin birinci hissəsində qeyd etdiyi üçün 
ərizənin mətnində adın çəkilməsi təkrar olur. Məsələn, «Mən, Bakı şəhəri, 7-ci mikrorayon, 
Əhmədov küçəsi, mənzil 24-də yaşayan Eyvazov Ələsgər Sadıq oğlu yazıb Sizə bildirirəm 
ki,…» tipli şablonların ərizə mətninə daxil edilməsi düzgün deyildir. Çünki ərizənin birinci 
hissəsində sənədin ünvanlandığı şəxs ərizənin kimdən olması və onun hansı ünvanda yaşaması 
haqqında məlumat alır. Bu məlumatı təkrar qeyd etmək sənədin tərtib prinsiplərinin 
pozulmasına aparıb çıxarır.
Ərizəni ərizəçinin öz xətti ilə yazması vacib şərt deyil. Lakin bu cəhət bəzən, xüsusən də 
şikayət ərizələrində müəyyən əhəmiyyət daşıya bilir. Ərizənin sonunda il, ay, gün və ərizəçinin 
şəxsi imzası qoyulmalıdır. İmza ilə yanaşı ərizəçinin adı və soyadının, yaxud inisailları və 
soyadının yazılması vacib şərt deyildir. Bununla belə, bu cəhət də bəzən əhəmiyyət 
daşıdığından qeyd olunan formalardan birindən, daha yaxşı olar ki, ad və soyadın 
göstərilməsindən istifadə edilsin. 
Respublikada ərizə formalarının standartı təsdiq olunmamışdır. Müxtəlif ədəbiyyatlarda 
bu sənədin yazılışı ilə bağlı fərqli formalar təklif olunur. Nəşr olunmuş ədəbiyyatlarda verilmiş 
fərqli formalara aid nümunələrə aid misalları nəzərdən keçirək. 
Maşınqayırma 
zavodunun direktoru 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin