Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə151/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   147   148   149   150   151   152   153   154   ...   178
I CİLD (2)

Zavodun direktoru 
(imza) O.P.Məmmədov
Vizalar 
Kadrlar şöbəsinin rəisi 
Texnologiya şöbəsinin rəisi 
Həmkarlar komitəsinin sədri 
Ədəbiyyatda bəzən 
xəbərdarlıq
ayrıca sənəd növü kimi qeyd edilir. Məsələn, 
«Xəbərdarlıq, əsasən, idarə, təşkilat və müəssisələrdə qəbahət edənə həmin qəbahəti bir daha 
təkrar etməmək üçün verilən yazılı və ya şifahi göstəriş deməkdir. Bu xəbərdarlığın nəticəsi 
olmadıqda tənheb-töhmət verilir. 
Xəbərdarlıq (istər yazılı, istərsə də şifahi formada) Azərbaycan Respublikası Əmək 
Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində göstərilmiş intizam tənbehlərindən (töhmət 
vermək, sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, əmək haqqı müqabilində cərimə etmək, 
əmək müqaviləsinə xitam vermək və s.) hər hansı biri tətbiq olunmadan edilir. Xəbərdarlıq 
intizam tənbehi hesab edilmir».
Qeyd etmək lazımdır ki, xəbərdarlıq, inzibati cəzalandırmanın ilkin formasıdır. 
Xəbərdarlıq sənəd növü deyildir. Xəbərdalıq haqqında məlumat müəssisə rəhbərinin əmrində 
ifadəsini tapır. Yuxarıda verilmiş əmrdə bu məsələ də qeyd edilmişdir. 
***** 
Səttarxan adına Maşınqayırma zavodu 
ƏMR 
21.07.99
№ 33/K 
Bakı şəhəri
İnzibati cəzalandırma haqqında 
Zavoddaxili nizam-intizam qaydalarının pozulmasını, əməkdaşların təşkil olunmuş 
növbətçilikdə iştirak etmədiklərini nəzərə alaraq
ƏMR EDİRƏM 
1. ƏLİ KƏRİM oğlu BALAŞOV- plan şöbəsinin mühəndisi 
2. ZƏRİFƏ DAVUD qızı QƏRİBOVA –bağban – növbətiçilik qaydalarını pozduqlarına 
görə növbəti məzuniyyətləri bir gün qısaldılsın. 
Əsas: Həmkarlar komitəsinin təqdimatı. 
Zavodun direktoru
(imza) O.P.Məmmədov
KŞ rəisi
Həmkarlar komitəsinin sədri 
 
 
 
***** 
Bəzi əmrlərin verilməsi zamanı onların razılaşdırılması lazım gəlir. Belə əmrlər 
«RAZILAŞDIRILMIŞDIR» qrifli əmrlər adlanır.
«RAZILAŞDIRILMIŞDIR» qrifi vizalardan sonra yerləşdirilir.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin