Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə149/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   145   146   147   148   149   150   151   152   ...   178
I CİLD (2)

 
TƏRCÜMEYİ- HAL 
Mən, Afaq Mirzə qızı Sadıqova 16 iyun 1958-ci ildə Bakı şəhərində anadan olmuşam. 
1965-ci ildə 189 №-li orta məktəbə daxil olmuşam, 1975-ci ildə həmin məktəbi bitirmişəm. 
Məktəbi bitirdikdən sonra 11.11.1975-ci il tarixdə Bakı şəhəri 18 №-li poliklinikada tibb 
qeydiyyatçısı vəzifəsində işə girmişəm, 30.08.1977-ci il tarixədək orada bu vəzifədə 
işləmişəm. 1977-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə fakültəsinə 
daxil olmuş, 1983-cü ildə oranı bitirmişəm. 01.09.1982-ci il tarixdən 09.07.1983-cü il 
tarixədək Bakı şəhəri 18 №-li poliklinikada internaturada olmuşam. 
İnstitutu bitirdikdən sonra 06.09.1983-cü il tarixdə Maşınqayırma zavodunun tibbi-
sanitar şöbəsində can həkimi vəzifəsində işə girmişəm, 10.07. 1989-cu ildə öz ərizəmlə işdən 
çıxmışam. Hazırda işləmirəm. 
1982-ci ildən ərdəyəm, bir qızım var. 
Atam, Mirzə Ələkbər oğlu Sadıqov 1925-ci ildə anadan olmuşdur. «Xəzərdənizneft» 
birliyində neftçi-mühəndis vəzifəsində çalışır. 
Anam, Nadejda Petrovna Litvinova 1931-ci ildə anadan olmuşdur. 7 №-li uşaq 
poliklinikasında həkim-pediatrdır. 
Qardaşım, Teymur Mirzə oğlu Sadıqov 1951-ci ildə anadan olmuşdur. M.Ə.Rəsulzadə 
adına BDU-nun baş müəllimidir.
Ərim - Eldar İsgəndər oğlu Hüseynov 1952-ci ildə anadan olmuşdur, Ət-süd sənayesi 
idarəsinin avtomatlaşdırma sistemi xüsusi konstruktor bürosunun şöbə müdiridir. 
Qızım - Aysel Eldar qızı Hüseynova 1983-cü ildə anadan olmuşdur. 
(imza)
 
 
A.M.Sadıqova 
12 fevral 1989-cu il 
QEYD. 
Tərcümeyi-hal bir vərəqə sığışmadıqda, onun davamı həmin vərəqin arxasından 
davam etdirilir. 
ƏMR 


 
Əmr əsas və ya əməliyyat vəzifələrini yerinə yetirmək məqsədilə dövlət, qeyri-dövlət və 
ya özəl qurumun rəhbərinin çıxardığı hüquqi aktdır. 
Əmrlər iki qrupa bölünür. Birinci qrupa aid əmrlər əsas fəaliyyət, ikinci qrup əmrlər şəxsi 
heyət haqqında olur. 
Əmr künc ştamplı və ya rekvizitlərin xüsusi qeyd olunduğu blankda yazılır. Əmrin mətni 
iki hissədən ibarət olur. Birinci hissədə əsaslandırma, ikinci hissədə sərəncamvermə ifadəsini 
tapır. Bu iki hissə bir-birindən mətnin sol tərəfindən baş hərflərlə yazılmış «ƏMR EDİRƏM» 
sözləri ilə ayrılır. «ƏMR EDİRƏM» sözündəki hərflər arasında, eləcə də bu sözdən yuxarıda 
və aşağıda heç bir ayırma verilmir. 
Əsaslandırma hissəsində əmrin verilməsi üçün zəmin yaradan faktlar sadalanır. Əgər əmr 
rəhbər təşkilatın, baş idarənin sənədi əsasında verilirsə, onda həmin sənədin növünə, tarixinə 
və nömrəsinə istinad edilir. 
Sərəncamverici hissədə bir və ya bir neçə sərəncam (əmr) formalaşdırılır. Əgər sərəncam 
bir-birindən fəaliyyət xarakterinə görə fərqlənən məsələləri əhatə edirsə, həmin məsələlər ayrı-
ayrı bəndlərdə verilir. Bəndlər ardıcıl nömrələnir. Əgər bəndin özündə ayırma lazım gələrsə, 
yarımbəndlər qeyd edilir. 
Əmrin sonunda onun həyata keçirilməsinə nəzarət edəcək şəxs və ya struktur bölmə təyin 
edilir. Əmri müəssisənin rəhbəri və ya buna səlahiyyəti çatan şəxs imzalayır. İmzalayan şəxsin 
vəzifəsi, adı, soyadı göstərilir. Əmr möhürlə təsdiqlənir. 
Şəxsi heyət və ya ştat işçiləri, eləcə də müqavilə yolu ilə müvəqqəti işə götürülənlərlə 
bağlı əmrlər əsas fəaliyyətlə əlaqədar əmrlərdən bəzi xüsusiyyətlərinə görə fərqlənir və ayrıca 
sənədləşdirilir. 
Belə əmrlərdə onun aidliyindən asılı olaraq müxtəlif başlıqlardan istifadə edilir. Məsələn, 
«işə qəbul haqqında», «işdən azadetmə haqqında», «başqa işə köçürülmə haqqında», «növbəti 
dincəlişə buraxılma haqqında», «ixtisas dərəcəsinin artırılması haqqında» və s. 
Şəxsi heyət haqqında əmrlərdə əsaslandırma hissəsi yalnız zəruri hallarda verilir. 
Əsaslandırma hissəsi olduqda ondan sonra baş hərflərlə «ƏMR EDİRƏM» sözü yazılır. 
Şəxsi heyətə aid əmrlərin sərəncam verilən hissəsində böyük hərflərlə şəxsin adı, atasının 
adı və soyadı yazılır. Bundan sonra «-» (tire) işarəsi qoyulur, haqqında əmr çıxarılan şəxsin 
işlədiyi struktur bölmənin adı, vəzifəsi göstərilir və əmr hissəsi formalaşdırılır. Bu hissədən 
sonra əmrin verilməsi üçün əsas yazılır. Qeyd olunan hissə «əsas» sözü ilə başlanır. Sözdən 
sonra əsas açıqlanır. 
Növbəti bənddə əmr verənin vəzifəsi göstərilir, imza üçün yer qoyulur, əmr verənin 
inisialları (və ya açıq şəkildə adı) və soyadı yazılır. 
Əmrin sonunda «Vizalar» hissəsi yer alır. Əmrdən asılı olaraq bir və ya bir neçə viza 
haqqında məlumat sənəddə ifadəsini tapır. 
Əmr imzalandığı gündən qüvvəyə minir. Onun bəzi bəndlərinin özünün fəaliyyət müddəti 
ola bilər. Əgər belə müddət olmazsa, əmr bəndlər üzrə də imzalandığı gündən qüvvəyə minir. 
Əmr rekvizitlərin soldan düzülüşü əsasında tərtib olunur. 
Əgər künc ştampı olmazsa sənədin ad və rekvizit hissəsi aşağıdakı kimi tərtib olunur. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin