Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir


ƏRİZƏ  Riyaziyyata olan marağımı nəzərə alaraq məni dərnəyə üzv qəbul etməyinizi Sizdən xahiş  edirəm.  (imza)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə147/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   143   144   145   146   147   148   149   150   ...   178
I CİLD (2)

ƏRİZƏ 
Riyaziyyata olan marağımı nəzərə alaraq məni dərnəyə üzv qəbul etməyinizi Sizdən xahiş 
edirəm. 
(imza)
 
 
Zəhra Mahmudova 
22 sentyabr 2005-ci il 
*** 
Sumqayıt şəhər 3 nömrəli MİS-in rəisi cənab Məmməd Nəcəfova 
20 Yanvar küçəsi ev 4, mənzil 17-də yaşayan Nadir Qasımovdan 
Ə R İ Z Ə 
Yaşadığımız binanın həyəti uzun müddətdir təmizlənmir. Nəticədə həyətdə antisanitariya 
vəziyyəti yaranmışdır, zir-zibil əlindən tərpənmək mümkün deyildir. Uşaqların həyətdə 


oynaması və təmiz havada gəzdirilməsi üçün şərait yoxdur. Göstərilənləri nəzərə alaraq, 
həyətdə səliqə-sahman yaradılması üçün göstəriş vermənizi Sizdən xahiş edirəm. 
(imza)
 
 
 
Nadir Qasımov 
30 iyun 2006-cı il 
Qeyd
: Ərizədə imza sözuünün yazılmasına ehtiyac yoxdur. Nümunədə mötərizədə 
«imza» sözünün qeyd edilməsi sənəd müəllifinin sənədi imzalamasını bildirir. İmza ilə sənəd 
müəllifi haqqında məlumatın təqribən eyni sətrdə olması yaxşıdır. Ərizəçi adını inisiallarla 
göstərə bilər. Bu halda ərizənin yuxarı hissəsində ata adının açıq verilməsi tələbi meydana çıxır. 
Ərizənin sonunda ərizəçi yalnız imza ilə kifayətlənə bilər. Ərizənin sonradan müəyyən təhqiqat 
işinə cəlb olunma ehtimalı olarsa, bu sənədin əlyazma kimi tərtibinə üstünlük vermək, sonda 
adı və soyadı göstərmək əhəmiyyət daşyır. Tarix qəbul olunmuş formalardan hər hansı birində 
verilə bilər. 
Ərizə sənəd adı kimi baş hərflərlə yazılmalıdır. Hərflər arasında ayırma verilmir. «Ərizə» 
sözü abzasdan əvvəl sıfır mövqeyindən yazıl bilər. 
TƏRCÜMEYİ-HAL
Tərcümeyi-hal şəxsin ömür yolu haqqında məlumatdır və bu fiziki şəxs tərəfindən tərtib 
olunan sənəddir. Tərcümeyi-hal idarəetmənin müxtəlif sahələrində istifadə edilən sənəd 
növüdür. Tərcümeyi-hal onu yazan şəxs haqqında əsas məlumatları xronoloji ardıcıllıqla 
yığcam şəkildə özündə birləşdirir. Bu sənəddə tərcümeyi-halın aid olduğu şəxsin ən yaxın 
qohumları haqqında qısa məlumatlar olur. Bəzi idarə və müəssisələrdə tərcümeyi-haldakı 
məlumatların geniş olması tələbi də qoyula bilir. Geniş tərcümeyi-hallar müəyyən idarə və 
təşkilatlarda tələb olunur. Tərcümeyi-hal ali məktəblərə, işə qəbul olunarkən, ictimai–siyasi 
təşkilata üzv seçilərkən, dövlət mükafatlarına təqdim olunarkən, rəhbər vəzifəyə irəli 
çəkilərkən tələb olunur. Bu da şəxs haqqında lazım olan məlumatların ondan alınması məqsədi 
daşıyır. Tərcümeyi-hal şəxsin özü tərəfindən yazıldığına görə subyektiv səciyyə daşıya bilər. 
Bəzi qurumlarda şəxsin yazdığı tərcümeyi-haldakı faktlar yoxlanılır, onların doğruluğu təsdiq 
olunur. 
Tərcümeyi-halın əsas rekvizitləri bunlardır: 1) sənədin adı; 2) sənədin müəllifinin adı, 
atasının adı, soyadı; 3) sənəd müəllifinin imzası; 4) sənədin tərtib tarixi. Sənəd A4 formatlı 
kağızda və ya xüsusi blankda yazılır. Tərcümeyi-halı, adətən, şəxs öz xətti ilə yazır. Bu, mütləq 
deyildir. Yəni sənədi texniki vasitələrin köməyi ilə də yazmaq olar. Bu halda sənədin sonunda 
imzadan sonra şəxsin öz adını, soyadını əl yazısı ilə qeyd etməsi məqsədəuyğundur. Sənədin 
şəxsin özü tərəfindən yazılması onun xəttə görə yoxlanılmasına imkan verir. Yəni sənədin 
şəxsin özü tərəfindən yazılıb-yazılmaması faktını təyin etmək məqsədi daşıyır.
Tərcümeyi-halın mətni müəyyən prinsiplər üzrə tərtib olunur. Sənəddə şəxs doğulduğu 
il, ay və günü, yeri (respublika, şəhər, rayon, kənd) dəqiq göstərməlidir. Bundan sonra şəxs 
həyatında baş verən əsas hadisələri xronoloji ardıcıllıqla göstərir.Məlumatların verilmə 
ardıcıllığı, əsasən, aşağıdakı şəkildə olur:
1) neçənci ildə, harada, hansı məktəbə getmişdir;
2) bu məktəbi haçan bitirmişdir; orta təhsil alma dövründə şəxs bir neçə məktəbdə 
oxumuşdursa onlar ardıcıl qeyd olunur;
3) orta məktəbdən sonrakı əsas məşğuliyyət
a) ali məktəb;
b) orta-ixtisas məktəbi;
c) iş;


d) orduda xidmət haqqında məlumat verilir.
Bu bəndə aid məlumatlarda xronologiya əsas götürülür. Əsas diqqət təhsil və iş üzərində 
cəmləşdirilir. Orduda xidmət haqqında məlumat tarixə görə verilir. Orta ixtisas və ali təhsil 
haqqında məlumat verilərkən, hansı fakültəyə, hansı ixtisas üzrə daxilolma, məktəbi 
bitirdikdən sonra alınmış ixtisas göstərilir. Təhsilin qiyabi, axşam və ya əyani olması haqqında 
məlumat da ifadəsini tapmalıdır. Əgər təhsil qiyabi və ya əyani şöbələrdə alınıbsa bu dövrdəki 
iş fəaliyyəti tərcümeyi-halda əsas xətti təşkil etməlidir. İşlə bağlı məlumatlarda vəzifədə 
dəyişmələr tarixi ilə qeyd olunur. Bundan sonra şəxs elmi dərəcəsi və adları varsa, bu barədə 
məlumatları qeyd etməlidir (haçan müdafiə etmişdir, hansı elmi sahə üzrə ad almışdır). 
Tərcümeyi-halda müəyyən sahədə böyük nailiyyətlər, dövlət təltifləri olubsa, bunlar tarixə 
görə ardıcıl sadalanmalıdır. Tərcümeyi-halın sonunda ailə vəziyyəti haqqında məlumat verilir. 
Burada həyat yoldaşı və uşaqların adları, soyadları, doğum tarixləri, tərcümeyi-halın yazıldığı 
dövrdəki işləri qeyd olunur.
Geniş tərcümeyi-halda valideynlər və yaxın qohumlar haqqında tələb olunan məlumatlar 
verilir.
«İşgüzar Azərbaycan dili» (İAD) vəsaitində tərcümeyi-hala aid aşağıdakı nümunəni 
nəzərdən keçirək.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin