Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə148/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   144   145   146   147   148   149   150   151   ...   178
I CİLD (2)

TƏRCÜMEYİ- HAL 
 
Mən, Afaq Mirzə qızı Sadıqova 1958-ci ildə Bakı şəhərində anadan olmuşam. 1975-ci 
ildə 189 nömrəli orta məktəbi bitirmişəm. Məktəbi bitirdikdən sonra iki il 18 nömrəli 
poliklinikada tibb qeydiyyatçısı işləmişəm. 1977-ci ildə N.Nərimanov adına Azərbaycan tibb 
institutunun müalicə fakültəsinə daxil olmuş, 1983-cü ildə oranı bitirmişəm. 
İnstitutu bitirdikdən və internaturanı keçdikdən sonra Maşınqayırma zavodunun tibbi-
sanitar şöbəsində can həkimi vəzifəsində işə girmiş, 1989-cu ilədək orada işləmişəm. 
Atam, Mirzə Ələkbər oğlu Sadıqov 1925-ci ildə anadan olmuşdur. «Xəzərdənizneft» 
birliyinin neftçi-mühəndisidir. 
Anam, Nadejda Petrovna Litvinova 1931-ci ildə anadan olmuşdur. 7 nömrəli uşaq 
poliklinikasının həkim-pediatrıdır. 
Qardaşım, Teymur Mirzə oğlu Sadıqov 1951-ci ildə anadan olmuşdur. M.Ə.Rəsulzadə 
adına BDU-nun baş müəllimidir, evlidir, bir uşağı var. 
Ərim, Eldar İsgəndər oğlu Hüseynov 1952-ci ildə anadan olmuşdur, ət-süd sənayesi 
idarəsinin avtomatlaşdırma sistemi xüsusi konstruktor bürosunun şöbə müdiridir. 
Qızım, Aysel Hüseynova 1983-cü ildə anadan olmuşdur, uşaq bağçasına gedir. 

 
 
 
 
 
 
 
A.M.Sadıqova
 
 
12/II-89-cu il 
 
Nümunə kimi verilən bu tərcümeyi-halda aşağıdakı qüsurlar özünü göstərir: 
Sənədin adı düzgün verilmişdir.
Birinci cümlədə doğum tarixi natamamdır (gün, ay göstərilməmişdir). Məktəbə getmə 
tarixi verilməmişdir.
Məktəbi bitirdikdən sonra hansı tarixdən, hansı tarixədək iş müddəti dəqiq 
göstərilməmişdir. Nümunədə iki il işləmə haqqında ümumi məlumat verilir. 
İnternaturada hansı tarixdən, hansı tarixədək, harda olmaq haqqında məlumat 
verilməmişdir. 
İşə daxilolma və işdən çıxma tarixi dəqiq deyil (ay, gün verilməmişdir). 
İşdən çıxdıqdan sonrakı vəziyyət haqqında məlumat yoxdur. Şəxsin 1989-cü ildə işdən 
çıxdıqdan sonra nə ilə məşğul olması bilinmir. 


Neçənci ildə evlənmə haqqında məlumat verilmir. Bu məlumat təqribən belə verilməlidir: 
1982-ci ildən evliyəm, bir qızım var. 
Sənədin sonunda tarix qəbul edilmiş qaydada deyildir. 
Bu tərcümeyi-halın nümunəvi variantı belə ola bilər:

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin