Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə156/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   152   153   154   155   156   157   158   159   ...   178
I CİLD (2)

 
***** 
İşdə olmama haqqında 
 
ƏLİ VƏLİ oğlu HÜSEYNOV- yardımçı təsərrüfatın dülgəri- 
00.00.00 tarixdə saat 9-00-dan 14-00-dək AR DİN istintaq şöbəsində şahid sifəti ilə olduğu 
üçün həmin müddət üçün orta əmək haqqı ödənilsin.
Əsas: AR DİN istintaq şöbəsinin 00.00.00 tarixli 00 №-li çağırış vərəqi. 
 
***** 
Əmək sazişi haqqında 
 
SƏMƏD ƏHMƏD oğlu CƏFƏROV-texniki-nəzarət şöbəsinin 
nəzarətçisi-onunla bağlanmış 00.00.00 tarixli 120-3 №-li əmək 
sazişinin müddəti 00. 00.00 tarixdən 00.00.00 tarixədək 
uzadılsın.
Əsas: S.Ə.Cəfərovun ərizəsi və həmkarlar komitəsinin təqdimatı. 
***** 
 
Növbətçilik haqqında 
Novruz bayramı günlərində zavod ərazisində lazımi qayda-qanunun təmini, sexlərdə 
yanğından mühafizənin normal təşkili məqsədi ilə
 
ƏMR EDİRƏM 
1. 00.00.00 tarixdən 00.00.00 tarixədək cavabdeh növbətçi olacaq adamların siyahısı və 
növbətçilik cədvəli tərtib edilsin. 
2. Sex və sahə rəisləri ərazinin səliqə-sahmana salınması və təmizlənməsini təşkil 
etsinlər. 
3. Bayram günlərində vaqon və avtomaşınların boşaldılması təmin edilsin. 


4. Bütün məsul növbətçilər Baş idarə ilə 000-00-00 nömrəli telefonla əlaqə saxlasınlar. 
5. Kadrlar şöbəsinin inspektoru bu əmrlə bütün cavabdeh şəxsləri tanış etsin. 
6. Bu əmrin yerinə yetirilməsinə nəzarət baş mühəndisə tapşırılsın. 
Əsas: «Azərməişətxüsusitikinti» İTB-nin bayram günlərində növbətçilərin təyin edilməsi 
haqqında 00.00.00 tarixli Əsasnaməsi. 
 
***** 
İxtisasartırma haqqında 
HƏSƏN QULU oğlu MƏMMƏDOV-baş texnoloq şöbəsinin
texnoloqu İşdən ayrılmaqla və orta əmək haqqı saxlanılmaqla 
00.00.00 tarixdən 00.00.00 tarixədək Bakı elmi-tədris mərkəzinə 
kompüter üzrə ixtisasartırma kursuna göndərilsin. 
Əsas: Bakı elmi-tədris mərkəzinin məktubu 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin