Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə140/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   136   137   138   139   140   141   142   143   ...   178
I CİLD (2)

Sənədlərin tərtibi qaydaları
. Müasir təcrübədə əksər sənəd mətnlərinə tətbiq olunan 
ümumi tələblər formalaşmışdır. 
İşgüzar mətnlərin məna strukturu 
Ənənəvi işgüzar mətnlərin məna strukturunun əsası iki hissədən ibarətdir: 
1)giriş – sənədin yaranmasının motivini ,əsasını təşkil edir. 


2)əsas- burada nəticə, təklif, xahiş, qərar əks olunur. 
Sənəd tərtibinin əsas prinsipləri:
1)məzmunun doğruluğu
2)məzmunun obyektivliyi, 
3)situasiya və faktların (emosional ekspressivlikdən uzaq) məntiqi qiymətləndirilməsi 
vasitəsi. 
4)məlumatların tamlığı, 
5)mühakimənin şərhin olmaması. 
Sənədin mətninin quruluşu (məna aspektlərinin məntiqi əlaqəsi), şəffaf, asan qavranılan 
olmalıdır. Bunun üçün mətnin məna hissələri abzaslarla ayrılır. Şərhin tonu, neytral, işgüzar, 
hörmətçil, xeyirxah olmalıdır. 
Sənəd növləri
müxtəlifdir. Onların müəyyən qismi həm hüquqi, həm də fiziki şəxslər 
tərəfindən tərtib olunur. Məsələn, ərizə, məktub, məlumat, elan, tərcümeyi-hal, qəbz, arayış 
kimi sənədləri fiziki şəxs yaza bilər. Fiziki şəxs onun yaza biləcəyi və ya tərtib edə biləcəyi 
sənədi istədiyi vaxt hazırlamaq imkanına malikdir. Bu cəhət fiziki şəxs tərəfindən eyni sənədin 
müxtəlif məzmunlu variantlarını hazırlmaq imkanı yaradır. Ona görə də 
belə sənədlərin 
hüquqi status almasının
müəyyən şərtləri vardır. Bu məsələni bir qədər aydınlaşdıraq. Deyək 
ki, şəxs müəyyən təşkilata ərizə ilə müraciət etməsi və onun ərizəsinə cavab verilməməsi 
haqqında iddia qaldırır və özündə olan ərizəni təqdim edir. Ərizədə onun yazılma tarixi 
göstərilir. Lakin həmin ərizənin yazıldığı tarixdə və ya bu tarixdən müəyyən müddət sonra 
iddiaçının göstərdiyi təşkilata təqdim olunub-olunmaması haqqında ərizədə heç bir məlumat 
qeydə alınmır. Belə olan halda iddiaçının göstərdiyi tarixdə onun ərizəsinin təşkilatda qəbul 
olunması yoxlanılır və təşkilata ərizənin daxil olmaması faktı və ya bu barədə təşkilatdakı 
sənədlərdə heç bir qeydiyyatın olmaması faktı aşkara çıxır. Nəticədə, iddiaçının haqlı olmaması 
faktı təsdiqini tapmır.
Bu cür anlaşılmazlığı aradan qaldırmaq üçün ərizəni təşkilata təqdim edərkən onun 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin