janrlarda özünü göstərir.
“Janr” anlayışı. Funksional üslubların janrları Funksional üslublar eynicinsli olmur və onlar mətnlərin tipinə, sinfinə görə müəyyən
olunur. Mətnlərin üslubdaxili fərqləri onlar arasında janrları fərqləndirir.
Janr - funksional
üslubların variantlarıdır və janrlar funsional üslubların ekstralinqvistik xarakterini
konkretləşdirir:
1)funksional üslubların sferasında,
2)onun ən başlıca, konkret məqsədində;
3)adresatın tipində;
4)ünsiyyətin şəraitində.
Məsələn,
danışıq üslubu yalnız şifahi danışıq nitqi və bədii ədəbiyyatda əksindən
ibarət deyil, onun
məişət və
internet vasitəsilə məktublar, gündəlikdə yazılar və s. kimi
janrları var. Yaxud
publisistik üslubun informasiya janrı (qeydlər, reportaj, hesabat, intervü),
analitik janrı (kommentariya (şərh), məqalə, resenziya);
bədii publisistik janrı (oçerk, felyeton,
pamflet);
televiziya janrı (analitik proqram, birbaşa efirdə dialoq);
kommunikativ janrı (press-
konferensiya, qeyri-rəsmi “qalstuksuz”görüş, telekörpü) mövcüddur.
Müasir Azərbaycan ədəbi dilinin üslubları Dilin üslubları müxtəlif səbəblər nəticəsində əmələ gəlir. Bu hər şeydən əvvəl insan
fəaliyyətinin müxtəlif sahələri ilə əlaqədar olaraq bu və ya başqa şəraitdə fikir ifadə edilərkən
yaranır. Dildəki üslubların əmələ gəlməsi və digər cəhətlərindən bəhs edən xüsusi elm sahəsi
vardır. Buna dilçilikdə
üslubiyyat deyilir. Ədəbi dilimizin ayrı-ayrı mərhələlərində müxtəlif
üslublar olmuşdur. Azərbaycan dilçiliyində dilin üslubu dedikdə:
1.
Ümumi funksıonal üslublar; 2.Bu və ya digər yazıçının üslubu-
fərdi üslub nəzərdə tutulur.
Hazırda Azərbaycan ədəbi dilinin aşağıdakı funksional üslubları var:
1)Ədəbi-danışıq üslubu;
2)Bədii üslub;
3) Elmi üslub;
4) Publisistik üslub;
5) Rəsmi üslub.
6)Rəsmi-işgüzar üslub;
7)Epistolyar üslub.