Dilçilik üslubiyyatının əsas vəzifələrindən
biri ədəbi dilin funksional üslubları, onlar
arasındakı əlaqələr, funksional üslubların nitq növlərini öyrənməkdir. Bu məsələ dilçilikdə
mürəkkəb və mübahisəli məsələdir. Ə.Dəmirçizadə bu təsnifatı təfəkkür tərzinə arxalanaraq
aparır və ədəbi dildə üç üslubu (bədii, elmi, ictimai-siyasi); Ə.Bağırov dilin yazılı və şifahi
formada çıxış etmə xüsusiyyətini nəzərə alıb ədəbi dildə dörd üslubu (rəsmi, bədii, publisistik,
elmi); K.Əliyev dil vasitələrinin üslubi rənginə və tarixilik prinsipinə əsaslanaraq ədəbi dildə
altı üslubun (elmi, bədii, publisistik, natiqlik, rəsmi, danışıq) olduğunu göstərir. Dilin
təfəkkürlə əlaqədar şifahi və yazılı şəkildə insan fəaliyyətinin bütün ictimai sahələrinə xidmət
etmək funksiyası vardır. Beləliklə, ədəbi dil cəmiyyətdə daşıdığı ictimai funksiyasına görə,
yəni insan fəaliyyətinin məişət, elmi, publisistik, rəsmi və bədii, bəzən də dini sahələrinə
müvafiq olaraq üslublara ayrılır: 1.Danışıq-məişət üslubi; 2.Elmi üslub; 3.Publisistik üslub;
4.Rəsmi üslub; 5.Rəsmi-işgüzar üslub; 6.Bədii üslub; 7.Dini üslub.
Bu üslublardan danışıq-məişət üslubu ədəbi dilin şifahi qoluna, digərləri isə yazılı qoluna
aiddir. Lakin qeyd etdiyimiz kimi bu nisbi təsnifatdır və üslublar arasında kəskin sərhəd
qoyulmur. Yazılı üslublar şifahi şəkildə (elmi çıxışlar, konfrans və simpoziumlarda, dərs,
mühazirə, yaxud məhkəmədə vəkillərin çıxışları və s.); danışıq-məişət üslubu isə yazılı şəkildə
(şəxsi yazışmalar, məktublar və s.) təqdim oluna bilər. Bütün bunlara baxmayaraq funksional
üslublar mürəkkəb bir sistem kimi müxtəlif nitq növlərinə ayrılır, onlar vasitəsilə fəaliyyət
göstərir, bu proses zamanı inkişaf edir, formalaşır, təkmilləşir. Bu proses
bədii üslubda
şeir,
nəsr, dramaturgiya, epik nitq növləri;
elmi üslubda
elmi-texniki, elmi-kütləvi, elmi nitq
növləri;
Dostları ilə paylaş: |