Kompliment adresatın xarıcı görünüşü, şəxsi, professional, yüksək əxlaqi keyfiyyətlərinə aid
edilir, ümumiləşdirici müsbət qiymət olur. Kompliment
söyləmək incə işdir və onu
söyləyəndən yüksək tərbiyə tələb edir. Kompliment söylənərkən milli xüsusiyyətlər
gözlənilməlidir.
Müraciət forması
da bir neçə funksiyanı yerinə yetirir. Bunlardan ən başlıcası
həmsöhbətinin
diqqətini cəlb etməkdir.
Bu
vokativ
funksiyadır. Müraciət şəxs adlarına,
qohumluq
münasibətinə(ata,
əmi,
dayı),
cəmiyətdəki
mövqeyinə,
ixtisasına,
vəzifəsinə(prezident, nazir,
direktor, mühəndis, həkim), yaşına və cinsinə görə(ağsaqqal,
ağbirçək, cavan oğlan) müəyyən edilir. Müraciət formaları vokatik funksiyası ilə yanaşı, uyğun
əlamətlərinə görə də seçilir.
Müraciət
qiymətləndirici, emosional-ekspressiv çalarlı ola
bilər.
Müraciət forması.
Yəqin bizim qədər müraciət formalarına həm olduqca həssas, bəzən
də çox etinasız yanaşanlar yoxdur. “Ay kişi”, “ay arvad”, “ay xanım”, “əmi”, “dayı”, “bibi”,
“xala”, “ay bala”, “ay uşaq”, “ay qız”, “ey”, “gözəl” və bizə məlum daha kobud müraciət
formaları.
Bu müraciət formaları cəmiyyətdə bəzən müsbət, çox zaman isə mənfi qarşılanır: “xala
özünsən”, “mən uşaq deyiləm” və s.
Bu zaman sintaktik vahid olan müraciət forması, cəmiyyətdə
sosial əhəmiyyətli
kateqoriyaya çevrilir.
Bu müraciət formalarının xüsusiyyəti ondadır ki, onlar həm adresat, həm də adresatı
xarakterizə edir, onun tərbiyəsini,mədəni səviyyəsini, həmsöhbətinə münasibətini, emosional
vəziyyətini müəyyən edir.
Nümunə kimi verilən bu müraciət formaları qeyri-rəsmi şəraitdə istifadə olunur, yalnız
bəzi müraciət formaları, məsələn, şəxsin rəsmi adı, vəzifəsinə, peşəsinə görə müraciət formaları
isə rəsmi şəraitdə də istifadə olunur.
Qərbdə, Avropada isə eyni müraciət formaları cəmiyyətdə yüksək mövqe tutan şəxsə
olduğu kimi siravi, sadə vətəndaşa da ünvanlanır: mister, missis, miss (İngiltərə, ABŞ), sinyor,
sinyora, soinyorita (İspaniya), sinyor, sinyora, sinyorina (İtaliya), pan, pani (Polşa, Çexiya,
Slovakiya).
Təsadüfən taksiyə əyləşmiş milyoner sürücüyə “müsyö” deyə müraciət edir, sürücü də
qapını ona açaraq: “Sil vu ple, müsyo!” deyir.
Böyük Oktyabr inqilabına qədər Azərbaycanda müraciət təbəqələrə,
zümrələrə görə
müəyyən olunurdu. İnqilabdan sonra cəmiyyətin bütün üzvləri arasında elan edildikdən sonra
xan, bəy, ağa kimi müraciət formaları aradan qalxır. Yalnız diplomatik dildə beynəlxaql
nəzakət formaları saxlanılır. Yenidən müstəqillik illərində müraciət formaları
xarakterinə görə
bir qədər dəyişir.
Zənnimizcə, müasir dövrümüzdə müraciət formalarının xarakterinə görə
dəqiqləşdirilməsi sosial əhəmiyyətli kateqoriya kimi işlənməsi, təkmilləşməsi zəruridir.
Dostları ilə paylaş: