Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə116/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   ...   178
I CİLD (2)

ünsiyyətin sonunda
olan 
nitq 
formaları
durur. Bunlar vidalaşma, ayrılıq, ünsiyyətin sonu anlamını verən nitq formalarıdır. 
Bu nitq formaları müxtəlif anlamları ifadə edir: 
-arzu, istək:
Sağ olun! Sağlıqla qalın! 
-yeni görüşlərə ümid
: Axşama qədər(sabaha qədər); Ümid edirəm tezliklə 
görüşəcəyik; Yeni görüşlərə qədər; Tezliklə görüşənədək. 
-tezliklə görüşmək ümidi olmadıqda, uzun müddətə ayrıldıqda 
: Əlvida! Çətin bir 
də görüşək. Yaxşılıqla xatırlayın və s. 
Salamlaşmadan sonra adətən 
işgüzar söhbət
başlanır. Bu zaman nitq etiketi şəraitdən 
asılı olaraq, bir neçə başlanğıcı şərtləndirir. Daha çox 3 situasiya tipikdir: 1) Təntənəli; 2) 
Hüznlü, kədərli; 3) İşgüzar. 
1.
Təntənəli
. Bura dövlət tədbirləri, müəssisələrin, təşkilatların, əməkdaşların yubileyi, 
mükafatların təqdimatı; ofislərin və mağazaların açılışı; təqdimat, müqavilə, kontrakt və 
sazişlərin bağlanması və s. aiddir. 
Dəvətnamə. 
İstənilən təntənəli tədbirə, əlamətdar hadisələrə görə dəvətnamə və 
təbriklər hazırlanmalıdır. Tədbirin rəsmi və ya qeyri-rəsmi olmasından asılı olaraq dəvətnamə 
və təbriklərin klişeləri dəyişir: 
-Mənim ən səmimi (isti, alovlu); dost təbriklərimi qəbul edin
-(Kollektivin, 
dostların, 
şəxsin) 
adından 
ən 
səmimi(atəşli, 
alovlu) 
təbrikləri(təbriklərimizi) qəbul edin; 
-Səmimi qəlbdən (ürəkdən) təbrik edirəm. 
2. 
Hüznlü, kədərli
, qüssəli, bədbəxt hadisələrlə və s. bağlı şəraitdə. Bu zaman baş 
sağlığı bildirilir: 
-İcazə verin sizə ən dərin(səmimi) başsağlığı verim. 
-Sizinlə birlikdə çox kədərlənirik; 
-və daha emosional-ekpressiv ifadələr... 
Faciəli, kədərli və xoşagəlməz situasiyalarda insanlar onların kədərinə, dərdinə şərik 
olmağı, gələcəyə ümidverici, kədərin keçici olduğunu bildirən sözlər eşitmək istəyirlər. Bu 
şəraitə uyğun nitq formalarından istifadə xüsusi həssaslıq, diqqət tələb edir. Bu şəraitdə baş 
verən nitq etiketləri çox vaxt işgüzar söhbətlərə keçməyərək elə bu cür bitir. 
3. Gündəlik 
işgüzar
şəraitdə də müəyyən nitq etiketlərindən istifadə olunur. Məsələn, 
müəyyən işin nəticələrini yekunlaşdırarkən, sərgidə, təqdimat xarakterli satışlarda iştirakın 
təşkilini təmin etmək; müxtəlif tədbirlərin təşkilindən sonra kimlərəsə təşəkkür etmək, iradını 
bildirmək üçün müəyyən nitq formalarından istifadə edilir. İş prosesində, təşkilatçılıq zamanı 
məsləhət vermək, təklif irəli sürmək, xahişlə müraciət etmək, razılığını bildirmək, icazə 
vermək, qadağan etmək, imtina etmək, kimi hər bir konkret şəraitə uyğun nitq klişelərindən 
istifadə edilir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin