Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir


ifadəli nitqini şərtləndirən müxtəlif şəraitləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə105/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   178
I CİLD (2)

ifadəli nitqini şərtləndirən müxtəlif şəraitləri
qeyd 
edir:
-təfəkkürün sərbəstliyi, nitqin müəllifinin düşüncə tərzi; 
-natiqin danışdığına, nə haqqında və kimə danışdığına və yazdığına münasibət; 
-dilin ifadəlilik imkanlarını yaxşı bilmək; 
-dil üslublarının xüsusiyyət və əlamətlərini yaxşı bilmək; 
-nitq vərdişlərinin sistemli və düşünülmüş məşqi; 
-öz nitqinə nəzarət etmək, nəyin ifadəli, nəyin şablon və boz, süni olduğunu ayırd 
etmək; 
-natiqin məqsədyönlü, düşünülmüş şəkildə ifadəli danışmaq və yazmaq fikri; 
- psixoloji olaraq ifadəli danışmağa köklənmək (6, 185-187). 
İfadəliliyin əmələ gəlməsində
dilin bütün yarusları,elecə də üslubiyyat və 
intonasiya,vurğu iştirak edir. Bura çox zaman nitqin quruluşunu, ardıcıllığını,onun 
dinamikasının yaranmasında yaxından iştirak edən 
abzas, fasilə, kompozisiya
kimi anlayışları 
da daxil edirlər. Nitqdə ifadəliliyin təmin edilməsində aparıcı vəzifə leksika ilə semantikanın 
üzərinə düşür. Bu dilin məcazlar sistemi, omonim, antonim, emosional-ekspressiv dil 
vahidlərinin köməyi ilə baş verir.
İfadəliliyin əmələ gəlməsində leksik qat ilə yanaşı,sintaksisin də rolu az deyil. Bu 
keyfiyyətin əmələ gəlməsində 
sintaktik təkrarlar və ritorik suallar
nitqə,mətnə xüsusi rəng 
verir. Məsələn,
Yenə ay işığında
Qumlar sanki 
incidir

Körpə balam,həsrətin 
Məni yaman 
incidir
(N.Rəfibəyli). 
İnac daş olur,gah da su olur, 
Gah 
sevinir,
gah da 
peşiman
olur. 
Bir anın içində gah sakit quzu, 


Gah da çalxalanan ümman olur (B.Vahabzadə). 
Birinci parçada ifadəlilik omonimlər, ikincidə antonimlər vasitəsilə yaranmışdır. 
İfadəliliyin təmin olunmasında 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin