Nitqin ifadəliliyi
mədəni nitqin əsas əlamətlərindən biridir. Dili ünsiyyət vasitəsi ilə
yanaşı, təsiredici vasitə kimi də qiymətləndirən mütəxəssislər bu keyfiyyəti nitq üçün son
dərəcə lazımlı hesab edirlər. Nitqdə ifadəlilik çox geniş spektrə malik bir anlayışdır. Bu
spektrin genişliyi həm ifadəliliyin əmələgəlmə yollarının müxtəlifliyi, həm də ifadəetmə
xarakterinin mürəkkəbliyindən irəli gəlir. Nitqin ifadəliliyi onun quruluşunun elə
xüsusiyyətlərinin toplusudur ki,onlar dinləyicinin diqqət və marağını nəzərdə tutur, əsas
götürür. Natiqlik sənətində nitqin ifadəliliyi amilinə xüsusi önəm verilir. Nitqin ifadəliliyi
çıxışın effektivliyini artırır, parlaq nitq dinləyicidə maraq oyadır, diqqəti danışığın predmetinə
yönəldir. O yalnız ağıla deyil, həm də hisslərə və təxəyyülə təsir edir.
Qeyd etmək lazımdır ki, “nitqin ifadəliliyi” anlayışını müəyyən edən vahid təyinat
yoxdur. Nitqin bu keyfiyyətini təsvir edən müxtəlif yanaşmalar mövcuddur. Tədqiqatçılar
hesab edir ki, ifadəlilik dilin müxtəlif səviyyələrində olan vasitələrlə yarana bilər.
Bu cəhətdən nitqin ifadəlilik sahələri bunlardır: tələffüz ifadəliliyi, aksentoloji (vurğuya
görə) ifadəlilik, leksik, sözyaratma və frazeoloji ifadəlilik, morfoloji, sintaktik ifadəlilik,
intonasiya və üslub ifadəliliyi.
A .N.Vasilyeva şifahi nitqdə ifadəliliyin daha çox ünsiyyət şəraitindən asılı olduğunu
yazır: “Sözsüz ki, teoremin sübut edilməsindəki ifadəliliklə, reklamın elan edilməsindəki
ifadəlilik məzmun və formasına görə əhəmiyyətli dərəcədə fərqlidir. Buna görə ilk növbədə
informativ ifadəliliklə, hissi və təsiredici ifadəliliyi fərqləndirmək lazımdır. Bu zaman
ifadəliliyin hər iki növünün özünün də yarım növü ola bilər: açıq (ekspressiv) və örtülü
(impressiv) ifadə formaları. Bu növ və yarım növlərin münasibətləri əsas üslublara görə
fərqlidir” (5, 80-81).
B.N. Qolovin ayrı-ayrı şəxslərin
Dostları ilə paylaş: