Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə157/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   153   154   155   156   157   158   159   160   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

üç əsas proble-
mi- allah, insan və əxlaq problemlərini 
necə həll etdiyini nəzərdən 
keçirək. 
Dini fəlsəfədə ən‟ənə bunda təzahür edir ki, allahın varlığını sübut 
etmək üçün ilahiyyatçı klassiklərin yaratdığı sxemlər əsas götürülür. Bunu 
neotomistlərin ideya banisi Akvinski irsinin müvafiq bölmələri timsalında 
görmək olar. O allahın varlığının «sübutunu» aşağıdakı beş dəlil üzrə 
aparmışdır: 1) əgər hərəkəti geniş və tam mə‟nada götürsək, onda belə bir 
nəticə şəksizdir ki, «ilkin hərəkətverici» qüvvə, yə‟ni allah vardır; 2) əgər 
dünyada hər şeyin səbəbi varsa, onda deməli «ilk səbəb» olan allah da 
vardır; 3) dünyada saysız miqdarda imkanlar və təsadüflər çoxluğu mütləq 
zəruri səbəb tərəfindən, yə‟ni allah tərəfindən idarə olunmalıdır; 4) dünya-
da olan hər şeyin təkmilləşmə dərəcəsini (gözəlliyini, zənginliyini, 
həqiqiliyini) ölçmək üçün bütün mükəmməlliklərin mütləq ölçü vahidi, 
yə‟ni allah mövcud olmalıdır; 5) dünyadakı bütün şeylər bu və ya digər 
dərəcədə məqsədə müvafiqliyə malikdir, deməli onda «ən yüksək» və 
başlıca məqsəd- yə‟ni allah da vardır. 
Neotomistlərin bu dəlillərə münasibəti birmə‟nalı deyildir. Bir 
tərəfdən neotomistlər allahın varlığının sübut edilməsini katolik fəlsəfənin 
və ümumiyyətlə fəlsəfənin mərkəzi məsələsi hesab edirlər. Onlar bu 
məsələ üzrə Fomanın baxışlarını toxunulmaz nümunə hesab edirlər. Digər 
tərəfdən Fomanın sübutlarının stil və metodlarını müasirləşdirməyin zəruri 
olduğu qəbul edilir. Bu münasibətdə məhz nəyi qəbul etmək və nəyi rədd 
etmək sualına da müxtəlif cavablar verilir. Bə‟ziləri deyirlər ki, Fomanın 
tə‟kid etdiyi xristianlığın bir sıra ehkamlarını indi də sübut etmək mümkün 
deyildir. Buna görə də heç olmasa ən çox əhəmiyyət kəsb edən prinsipləri 
sübut etmək lazımdır. Başqaları isə, hətta Fomanın sübut oluna bilən e‟lan 
etdiyi və ardıcıllarının sübut etməyə cəhd göstərdikləri ehkamların da 
sübutunu vermək zərurətindən azad olmağa meyl edirlər. Eləcə də allahın 
varlığını sübut etmək üçün müasir elmin nailiyyətlərindən necə və hansı 
səviyyədə istifadə olunması məsələsində vahid rə‟y yoxdur. Bə‟zi tomistlər 
müasir elmi nailiyyətləri dinin xidmətinə verməyi və «e‟tiqad ilə zəkanın 
ittifaqını» möhkəmləndirməyi irəli sürürlər. Digərləri isə belə hesab edir ki, 
e‟tiqad və ilahiyyatı gücləndirmək üçün zəka ilə heç bir münasibət yarat-
mamaq, birbaşa təcrübədə «izah oluna bilməyən», «sehrli», «mistik» olana 
müraciət etmək lazımdır. 


129 
Tomist- filosofların bir qismi dini dünyabaxışın başqa məsələlərində 
olduğu kimi bu məsələdə də insan problemini birinci plana çəkməyə cəhd 
edirlər. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin