Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Materiya və onun xassələri haqqında



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə178/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   174   175   176   177   178   179   180   181   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

2. Materiya və onun xassələri haqqında
baxışların təkamülü 
Fəlsəfi fikir tarixində materiya haqqında bilik və təsəvvürlər uzun 
inkişaf yolu keçmişdir. Bu prosesdə materiyanın konkret- hissi xassələrə 
görə izahı tədricən arxa plana yönəlmişdir. Onun 
yerini materiyanın 
mücərrəd, ümumi anlayış kimi səciyyələndirilməsi tutmuşdur
. Hələ 
antik dövrdə belə bir fikir yaranmışdı ki, bütün maddələr atom adlanan 
kiçik bölünməz hissəciklərdən ibarətdir. XVII- XVIII əsrlərdə bu ideya 
daha da inkişaf etdi. Bu dövrdə həm də materiyanın mütləq sıxlığa malik 
olan, bölünməz və daim hərəkət edən atomlardan təşkil olunduğu praktiki 
aşkar edildi. Təbiətşünaslıqda baş verən kəşflər də bu ideyaya əsaslanırdı. 
Məsələn, I.Nyuton ona arxalanaraq kütlə anlayışını və dinamikanın inkişaf 
qanunlarını kəşf etdi. Həmin dövrdə baş verən kəşflər (molekulyar istilik 
nəzəriyyəsi, maddə tərkibinin saxlanması qanunu, elementlərin dövri sis-
temi və s.) də bu ideyanı sübuta yetirirdi. 
Materiya anlayışı həcminə görə çox genişdir. Buna görə də onu 
müəyyənləşdirərkən başqa konkret anlayışlarda tətbiq olunan cinsə və növ 
fərqinə görə tə‟rif vermə üsulu yaranmır. 
Odur ki, materiyanı onunla 
eyni səviyyəli digər anlayışlar ilə münasibətini göstərmək yolu ilə 
müəyyənləşdirmək mümkündür. Belə anlayış şüur anlayışıdır
. Buradan 
aydındır ki, materiyanın izahı onun şüur ilə münasibətini göstərmək 
deməkdir. Bu istiqamətdə 
XVIII əsr fransız filosofu A.Holbax 
ilk uğurlu 
cəhd etmişdir. O göstərmişdir ki, materiya insanın şüurundan kənarda, 
şüura qədər, şüur ilə yanaşı və şüurdan asılı olmayaraq mövcud olan ob-
yektiv reallıqdır. XX əsrin əvvəllərində V.Lenin bu tə‟rifə materiyanın hiss 
üzvləri vasitəsi ilə bizə «bəlli olması» və «dərkedilən olması» 
keyfiyyətlərini əlavə etmişdir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin