7
sürür və onları əsaslandırmağa çalışırıq.
Deməli
hər bir insan çox vaxt
özü də hiss etmədən filosofluq edir, əsrlər boyu fəlsəfəni düşündürən
məsələlər barədə fikirləşir.
Fəlsəfə mə‟nəvi mədəniyyətin ən qiymətli və yüksək nailiyyətlərini
özündə təcəssüm etdirir. O
bəşər tarixində baş vermiş
böyük mədəni
çevrilişin
ayrılmaz tərkib hissəsidir. Fəlsəfi təfəkkür dünyanı bütöv bir
tam kimi izah edir. O, həm də insanın təbiəti, məqsədi və taleyi, həyatın
ağıllı təşkili ilə bağlı məsələlərə geniş yer verir.
Təsadüfi deyildir ki,
qədim yunanlar fəlsəfəyə geniş mə‟nada, ayrı- ayrı sahələrə
parçalanmamış, ümumi nəzəri fikir kimi yanaşırdılar.
Cəmiyyət inkişaf
etdikcə, mədəniyyət və praktika təkmilləşdikcə fəlsəfənin predmeti, onun
spesifikliyi də dəyişilir. Bu hal tarixin xarakterli məqamlarında daha aydın
özünü göstərir. Belə dövrlərdə fəlsəfənin elm, siyasət,
sosial praktika və
mə‟nəvi mədəniyyətlə qarşılıqlı əlaqəsi daha qabarıq nəzərə çarpır. Lakin
bu dəyişikliklərə baxmayaraq fəlsəfə əsrlər boyu mə‟nəvi fəaliyyət tipi
kimi öz müstəqilliyini qoruyub saxlaya bilmişdir.
Fəlsəfə nəzəri elm kimi aşağıdakı məsələləri əhatə edir: insan
Dostları ilə paylaş: