Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Hər bir cəmiyyətdə ictimai psixologiya bir sıra funksiyalar



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə507/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   503   504   505   506   507   508   509   510   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Hər bir cəmiyyətdə ictimai psixologiya bir sıra funksiyalar 
yerinə yetirir
. Onlardan aşağıdakılar xüsusilə mühümdür. Birincisi, icti-
mai psixologiyanın dəyərləndirici- istiqamətləndirici (səmtləşdirici) 
funksiyasıdır. Bu funksiya onda ifadə olunur ki, hər bir sosial qrupun və 
ya etniki birlik formasının sosial psixologiyası onun üzvləri olan 
insanların müəyyən dəyərlər oriyentasiyası sistemini formalaşdırır. Burada 
həm də onların ictimai hadisələrə verdiyi qiymət və buna uyğun davranış 
ustanovkaları ifadə olunur. Ikinci funksiyanı 
motivləşdirici- sövqedici
adlandırmaq olar. Onun məzmunu aşağıdakından ibarətdir: ictimai psix-
ologiya insan kütlələrini, sosial qrupları müəyyən istiqamətdə fəaliyyət 
göstərməyə sövq edir. Başqa sözlə fəaliyyətin məhz bu istiqamətdə 
olmasını motivləşdirir. Bu mənada ictimai psixologiyaya təsir göstərmək, 
insanların fəaliyyət və davranışının müəyyən motivlərinin yaranmasına 
kömək etmək deməkdir. Belə təsir həm də insanların öz sosial 
mənafelərini reallaşdırmağa yönələn iradi cəhdlərini artırır.
1
Ictimai psixologiya insanlar ilə sosial gerçəklik arasında bilavasitə 
əlaqə yaradır. Belə ki, onunla sosial mühit arasında digər aralıq pillə yox-
dur. Odur ki, sosial həyatda baş verən dəyişikliklər müvafiq surətdə 
müxtəlif sosial birlik formalarının və ayrı- ayrı fərdlərin ictimai 
psixologiyasında əks olunur. Bu spesifik xüsusiyyəti üzündən ictimai 
psixologiya real ictimai münasibətlərə daha güclü təsir edə bilir. Həm də 
ictimai psixologiya emosional xarakter daşıdığı üçün insanların 
fəaliyyətində, müxtəlif ictimai hərəkatlarda çox mühüm rol oynayır. Buna 
görə də müəyyən siyasi xətti işləyib hazırlayarkən və həyata keçirərkən 
kütlələrin ictimai psixologiyasını nəzərə almaq çox vacibdir. Yalnız buna 
əsaslanmaqla onların bu və digər siyasi xəttə olan reaksiyasını 
proqnozlaşdırmaq mümkündür. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   503   504   505   506   507   508   509   510   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin