Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Incəsənətin mühüm bir xüsusiyyəti onun zəkadan, intellektdən



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə531/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   527   528   529   530   531   532   533   534   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Incəsənətin mühüm bir xüsusiyyəti onun zəkadan, intellektdən 
daha çox hisslərə təsir göstərməsidir
. O, hətta gerçəkliyin yeni bir 
tərəfini bəlli edəndə də, bu işi hissi əyani formada həyata keçirir. 
Incəsənətin insana böyük təsir gücünün mühüm bir səbəbi məhz bundadır. 
Estetik hisslər insanı dünyadakı gözəlliyi sevməyə səsləyir. Bununla 
yanaşı insanın dünyaya emosional- estetik münasibəti reallığın hər hansı 
mühüm tərəfinin, əlaqələrinin aşkar edilməsi deməkdir. Estetik hisslər 
ətraf aləmi, incəsənət əsərlərini qavrayarkən gözəlliyi duymaq kimi 
yüksək qabiliyyətə əsaslanır. Onlar əxlaqi və idraki hisslər ilə vəhdətdə 
yaranır və inkişaf edir. 
Dünyanı mənimsəməyin spesifik üsulu olan incəsənət həm də 
aşağıdakı xüsusiyyətlərə malikdir
: 1) burada reallıq başlıca olaraq bədii 


478 
obrazlar və simvollar vasitəsilə əks etdirilir; 2) incəsənətdə ümumi olan 
mücərrəd şəkildə deyil, fərdi formada çıxış edir (ümumi tip ilə fərdi xarak-
terin özünəməxsus əlaqəliliyi); 3) təxəyyülə və fantaziyaya geniş yer 
verməklə yanaşı, onları həyat həqiqətlərindən çox da uzaqlaşdırmamaq 
tələbi; 4) incəsənət əsərlərində formanın məzmuna münasibətdə aparıcı 
yol oynaması. 
Bu xüsusiyyətlər incəsənətin nisbi müstəqilliyini və digər mənəvi 
fəaliyyət növlərindən asılı olmadan inkişaf etdiyini, özünəməxsusluğunu 
əks etdirir. Incəsənətin bu keyfiyyətləri onun inkişafında daha parlaq 
görünür. Belə ki, burada tərəqqinin istiqaməti heç də həmişə aydın sezil-
mir. Odur ki, tarixi tərəqqi xətti olduğu kimi incəsənətə tətbiq edilsə, onda 
dolaşıqlıq baş verir. Belə çıxır ki, qədim dövrün incəsənət nümunələri
intibahın yaratdığı heyrətamiz sənət əsərləri bu günlərdən aşağı səviyyədə 
olmuşdur. Məsələ bundadır ki, müxtəlif tarixi dövrlərdə yaşamış incəsənət 
yaradıcıları, sənət korifeyləri bir- birindən az fərqlənir. Əsas fərq mövcud 
cəmiyyətin estetik kamillik dərəcəsindədir. Bu göstəriciyə görə 
cəmiyyətin yüksələn xətt üzrə getdiyini iddia etmək məntiqi olardı. 
Deyilənlər incəsənətdə tərəqqinin inkarı kimi başa düşülməməlidir. 
Həyatın bütün sahələrində olduğu kimi burada da müəyyən tərəqqi özünü 
göstərir. Digər tərəfdən, tarix inkişaf etdikcə incəsənət yaradıcılarının in-
tellektual səviyyəsi artır. Incəsənətin daxili diferensiasiyası güclənir, yeni- 
yeni sahələr yaranır. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   527   528   529   530   531   532   533   534   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin