Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Tarixdə xalqın həlledici rolundan danışarkən göstərilməlidir ki



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə573/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   569   570   571   572   573   574   575   576   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Tarixdə xalqın həlledici rolundan danışarkən göstərilməlidir ki, 
ictimai inkişaf gedişində xalqın fəaliyyət göstərdiyi şərait ciddi 
surətdə dəyişilir
. Məsələn despotik rejim şəraitində kütlələrin fəallığı 
kəskin surətdə aşağı düşür. Çünki yuxarı idarəçiliyin zülmü artdıqcı 
aşağılar ona bir növ süstlük göstərməklə cavab verirlər. Lakin bütövlükdə 
bəşəriyyət tərəqqi etdikcə xalqın tarixi rolu da artır. Bu, sosial 
dəyişikliklərin mürəkkəbləşməsi ilə izah edilir. Cəmiyyətin qarşısında du-
ran vəzifələrin miqyası artdıqca ictimai dəyişikliklərə xalqın getdikcə daha 
çox hissəsi cəlb olunur. Cəmiyyətin həyatına xalqın tə'siri gücləndikcə 
tarixi inkişafın sürəti də artır. 
Ictimai inkişafda xalqın həlledici rolunu inkar edən müxtəlif elit 
nəzəriyyələri iddia edirlər ki, tarixi prosesi görkəmli şəxsiyyətlər, 
qanunvericiliklə məşğul olanlar, sərkərdələr, alimlər və sair yaradırlar. 
Doğrudur bə'zi hallarda bu qəhrəmanlar dünya ruhunun vasitəsi (Hegel) 
kimi, digər hallarda tarixi zərurətdən asılı olmayan igidlər (subyektiv idea-
lizm) kimi təsvir olunur. Lakin bu müxtəliflik elit baxışlarının ümumi 
mahiyyətini dəyişdirmir. 
Xalqa münasibətdə özünü göstərən yanlış baxışlar bir çox ideoloq-
lar və siyasətçilər tərəfindən mürtəce məqsədlər üçün istifadə olunmuşdur. 
Məsələn F. Nitsşe göstərirdi ki, xalq, forması olmayan materialdır; o ko-
bud daşları xatırladır ki, onların da daşyonana ehtiyacı vardır. Belə 
daşyonan dedikdə o əhalinin əksəriyyətindən yüksəkdə duran və onun 
əxlaqını tapdalamağa belə haqqı olan qəhrəmanı, fövqəlinsanı başa 
düşürdü. Nitsşeyə görə fəaliyyətin başlıcı prinsipini və hərəkətverici moti-
vini hakimiyyətə can atmaq iradəsi təşkil edir. Bu məqsədə nail olmaq 
üçün o hər bir vasitədən istifadə etməyə haqq qazandırırdı. Bu qəbildən 
olan fikirlər sonralar faşizm ideoloqları tərəfindən əldə rəhbər 
tutulmuşdur. 
«Elit» nəzəriyyəsinin tərəfdarları (V.Pareto, O.Şpenqler, A.Toynbi, 
M.Veber və s.) cəmiyyətdə idarəçiliyin zəruriliyi faktından belə bir yanlış 
nəticə çıxarırdılar ki, guya səmərəli idarəçiliyi yalnız ağalıq və tabelik 
münasibətləri mövcud olduğu şəraitdə həyata keçirmək olar. Beləliklə də 
onlar iddia edirdilər ki, fitri is'tedada və keyfiyyətlərə malik olan azlıq, 
yə'ni «elit» idarəçilik funksiyası yerinə yetirilməlidir. Xalq kütlələri isə 
passivdir, o başqaları tərəfindən idarə olunmalıdır. Tarixi prosesin başlıca 
hərəkətverici qüvvəsi elitar qruplardır. Xalq kütlələri, bu yaradıcı 


521 
şəxsiyyətlərin ideyalarını həyata keçirirlər. Xalqın vəzifəsi oların kəşf və 
ixtiralarını, siyasət və mənəvi sahədə irəli sürdüyü məqsəd və idealları 
reallaşdırmaqdan ibarətdir. 
Bu fikir ilə müəyyən mənada razılaşmaq olar. Belə ki, o 
şəxsiyyətlərin rolunu kiçildən baxışlara qarşı mübarizədə xüsusilə 
əhəmiyyətlidir. Həmin baxışlar bütövlükdə götürdükdə cəmiyyətdə 
ziyalıların rolunu, onların fəaliyyətinin böyük sosial əhəmiyyətini lazımi 
qiymətləndirmirlər. Bu mövqe doğru deyildir. Belə ki, məhz ziyalılar 
cəmiyyətin yüksək təhsilli və yaradıcı şəxsiyyətlərini özündə əhatə edir. 
Totalitar rejimin hökmranlığı dövründə belə bir fikir hökm sürürdü ki, 
ziyalılar fəhlə və kəndli siniflərinə xidmət edirlər. Onların sosial rolu 
bundadır. Beləliklə onun müstəqil əməyi, onun dəyəri və mənafeləri qulaq 
ardına vurulurdu. Ziyalıların böyük bir hissəsi hakim quruluşa və onun 
rejiminə intellektual qulluq göstərən təbəqəyə çevrilmişdi. Müasir 
cəmiyyətdə gedən dərin demokratikləşmə prosesləri şəxsiyyətin inkişafı 
və onun qabiliyyətlərini dolğun təzahür etdirmək üçün geniş imkanlar açır. 
Elmin və mədəniyyətin inkişafı ideoloji qəliblərdən azad olur. Ictimai 
fəaliyyətin bütün sahələrində fikir plüralizminə meydan verilir. Aşkarlıq, 
elmi yaradıcılıq azadlığı mühiti bərqərar olmaqdadır. Bütün bunlar 
cəmiyyətin intellektual potensialının güclənməsinə şərait yaradır. 
Ziyalıların cəmiyyətdə rolu yüksəlir, onun fəaliyyətinin əhəmiyyəti artır. 
Əlbəttə deyilənlər geniş xalq kütlələrinin istehsalda, məişətdə və digər 
fəaliyyət sahələrində rolunu azaltmır. Əksinə əhalinin savadlılığı və 
mədəniyyət səviyyəsi artdıqca, bazar münasibətlərinə keçid sürətləndikcə 
demokratiya genişləndikcə, tarixi prosesdə xalq kütlələrinin rolu da 
artır. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   569   570   571   572   573   574   575   576   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin