522
təsəvvür etdiyi ideal dövlətdə 5000 adamın olması nəzərdə tutulurdu. On-
lar bir-birini tanıyır və oxlokratiya (camaat hakimiyyəti)
idarəçiliyi
yaradırdı. Platona görə o ən yaxşı dövlət idarəçiliyi idi. Sonralar
cəmiyyətin miqyası və əhatə dairəsi genişləndikcə «camaat» və «kütlə»
anlayışları da bir-birindən ayrıldı.
Psixoloji mövqedən yanaşdıqda camaat öz davranışına ağıllı
nəzarətin zəif olması ilə səciyyələnir
. Bunun nəticəsində camaatda
(kütlədə) ehtirasların emosional-iradi coşqunluğu özünü göstərir. Aydın
bilinməyən və qeyri-sabit xarakterli mənafelərə
əsaslanan hərəkətlər baş
verir. Kütlənin (camaatın) özünü aparması adətən mövcud ani əhval-
ruhiyyə ilə müəyyən olunur.
Bu prosesdə liderin, yəni kütlənin əhval-
ruhiyyəsini başqalarından nisbətən daha tez və yaxşı hiss edən adamın
təsiri çox güclü olur. Məhz lider kütlənin coşqunluğundan istifadə edərək
onu ələ alır və lazım gəldikdə ondan öz məqsədlərinə uyğun istifadə edə
bilir. Həm də lider kütlədə öz istəyinə
uyğun əhval-ruhiyyə
formalaşdırmağa çalışır. Qeyd olunmalıdır ki, məhdud saylı insanlar qrupu
kimi götürülən camaat ilə xalqın sosial- psixoloji vəziyyəti kimi nəzərdə
tutulan camaat arasında bir sıra oxşar cəhətlər müşahidə olunur: məsələn,
tez qıcıqlanmaq, coşqun enerjini ifadə etmək qabiliyyəti (qısa
müddət
ərzində olsa da) hərəkətlərinin törədəcəyi nəticələri qabaqcadan görə
bilməmək bununla əlaqədar baş verən qeyri-sabitlik, və mütəhərriklik; tez-
tez bir ifrat həddindən və qütbdən digər ifrat həddinə, qütbə yuvarlanmaq
və sair. Bə'zən ədəbiyyatda camaatı yatmış vəziyyətdə olan süst, dağınıq,
kobud kütlə kimi səciyyələndirirlər. Qeyd olunmalıdır ki, bu keyfiyyətlər
camaatın özünün inkişafının müxtəlif pillərini ifadə edir. Belə ki, süstlük
və dağınıqlıq hələ oyanmamış kütləyə xas olan keyfiyyətlərdir.
Lakin
nəzərdə tutulmalıdır ki, oyanmış kütlənin özü də birdən- birə camaat
səviyyəsindən kənara çıxmır.
Dostları ilə paylaş: