574
alimlərin mənəvi məsuliyyət dərəcəsindən, geniş kütlələrin siyasi
şüurluluq səviyyəsindən çox asılıdır.
Müasir dövrdə elmi tədqiqatların humanist məqsədlər üçün istifadə
edilməsini təmin etmək məqsədilə onların üzərində nəzarətin
gücləndirilməsi uğrunda alimlərin beynəlxalq hərəkatı genişlənir.
Bəşəriyyətin taleyi, sivilizasiyanın gələcəyi mənafeləri elmi- texniki
nailiyyətlərin etik normalar və dəyərlərlə uyğunlaşdırılmasına diqqəti
artırmağı tələb edir. Elmi tədqiqatların humanist ideallarla birləşdirilməsi
zəruriliyinin başqa bir alternativi yoxdur. Elmi idrak ilə humanist, etik
prinsiplərin üzvi şəikldə əlaqələndirilməsi sosial tərəqqinin gələcək
inkişafının rəhnidir.
Dostları ilə paylaş: