Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Gələcəkdə elmi- texniki inqilabın sürəti daha da artacaq və



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə621/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   617   618   619   620   621   622   623   624   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Gələcəkdə elmi- texniki inqilabın sürəti daha da artacaq və 
cəmiyyətə təsir dairəsi genişlənəcəkdir
. Xüsusilə də yüksək elektronika 
texnikasına əsaslanan informatika daha üstün sürətlə artır. O XXI əsr 
texnologiyasının başlıca növlərindən birinə çevrilir. Mikroelektronikanın 
inkişafı insanın istehsal fəaliyyətini və bütövlükdə həyat şəraitini əsaslı 
surətdə dəyişdirir, bəşəriyyəti robotlar və informatika erasına gətirib 
çıxarır. Elmi- texniki inqilabın perspektivi baxımından yanaşdıqda 
biotexnologiyanın da sürətlə inkişaf edəcəyini göstərmək lazımdır. Insanın 
əqli fəaliyyətinin yüksək səviyyəli elektron hesablama maşınlarının yeni, 
daha mükəmməl nəsilləri ilə modelləşdirilməsi, süni intellekt yaradılması 
yolunda cəhdlər getdikcə daha çox uğurla nəticələnməkdədir. 
Mikroelektronikanın nailiyyətləri əsasında istehsalın biolojiləşdirilməsi 
artdıqca həyat haqqında elmdə inqilabi kəşflər yaranacaqdır. 
Elmi- texniki inqilabın genişlənməsi onun sosial nəticələri, 
sivilizasiyanın taleyinə təsiri ilə bağlı məsələlərə xüsusi diqqət və qayğı 
göstərilməsini ön plana çəkir. 
Elmi-texniki inqilab sayəsində istehsalın texnologiya səviyyəsi və 
bütövlükdə insan fəaliyyəti nə qədər yüksəlirsə, cəmiyyətin, insanın 
inkişafı, habelə onun təbiətlə qarşılıqlı təsiri səviyyəsi də bir o qədər 
sürətlə inkişaf etməlidir. Başqa sözlə deyilsə, 
elm və texnikanın gələcək 
inkişafı ona uyğun surətdə insanın da inkişafını, humanist prinsiplərə 
əsaslanan yeni sivilizasiyanın yaradılmasını tələb edir
. Elmi- texniki 
inkişaf ilə sosial inkişaf arasında yüksək səviyyədə təmas yaradılmasının 
əsl qayəsi məhz budur. O bir tərəfdən yeni texnologiyanın səmərəli tətbiq 
etməyin, digər tərəfdən isə bütövlükdə sivilizasiyanın o cümlədən hər bir 
insanın mövcudluğunun, onunla təbiət arasında ahəngdar münasibətlər 
yaratmağın zəruri şərti kimi çıxış edir. 
Müasir fəlsəfi- sosioloji fikirdə elmi- texniki inkişafı bəşəriyyətin 
gələcəyinə təsiri məsələsinin təhlilində iki xətt açıq- aydın görünməkdədir. 
Bunlardan birincisi elmi- texniki inkişafın rolunu mütləqləşdirən, onu so-
sial amillərdən təcrid olunmuş halda götürən texnokratik baxışlardır. Onlar 
müasir elmi- texniki tərəqqinin nailiyyətlərini həddən artıq şişirdir və guya 
elmi- texniki inqilabın bəşəriyyətin bütün problemlərini həll edəcəyini 


573 
iddia edirlər. Bu mənada müxtəlif texnokratiya nəzəriyyələrinin 
(Z.Bzejinski, D.Bell, Q.Kann, O.Toffler və başqaları) və «informasiya 
cəmiyyəti» konsepsiyası tərəfdarlarının baxışları səciyyəvidir. Onlar müa-
sir dövrdə elmi- texniki tərəqqinin rolunu mütləqləşdirir və göstərirlər ki, 
guya o tarixi prosesi vahid istiqamətdə inkişaf etdirir. Texnokratik kon-
sepsiya tərəfdarlarının fikrincə elmi- texniki tərəqqi dünya miqyasında 
vahid «sintetik sivilizasiya»nın formalaşmasına doğru aparır. Onlar müasir 
elmi- texniki tərəqqinin informasiyada yaratdığı yeni dəyişiklikləri həddən 
artıq şişirdilər. Guya müasir informatika, mikroelektronika və robot 
texnikası ictimai həyatdakı nöqsanları «müvəffəqiyyətlə» aradan qaldırır. 
Elmi- texniki tərəqqini yanlış izah edən digər bir xətti texniki pes-
simizm, texnofobiya mövqeyində duranlar təmsil edirlər. Onların fikrincə 
elmi- texniki inkişaf bəşəriyyəti fəlakətə doğru aparır. Hər iki mövqe 
birtərəfli və məhduddur. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   617   618   619   620   621   622   623   624   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin