Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə161/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   157   158   159   160   161   162   163   164   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

III HISSƏ 
DÜNYANIN FƏLSƏFI
ANLAŞILMASININ ƏSASLARI 
 
I FƏSIL 
VARLIQ HAQQINDA FƏLSƏFI TƏ’LIM 
 
1. Fəlsəfədə varlıq probleminin qoyuluşu 
Varlıq mövzusu fəlsəfədə mərkəzi yer tutur. Bu aşağıdakı səbəblərlə 
izah edilir. 
Əvvəla
, bütöv bir tam kimi dünyanın varlığının və insanının 
varlığının öyrənilməsi fəlsəfənin əsas predmetidir. 
Ikinci
, varlıq haqqında 
tə‟lim (ontologiya) fəlsəfənin ən mühüm tərkib hissəsidir. Nəhayət hər bir 
fəlsəfi cərəyan öz baxışlarını izah edərkən birinci növbədə varlıq anlayışına 
əsaslanır. Buradan aydın olur ki, varlıq, fəlsəfənin əbədi və dəyişməz 
məsələsidir. Məşhur ispan filosofu Orteqa i Qasset yazmışdır: «Fəlsəfə 
əşyaların varlığını tam parlaqlığı və şəffaflığı ilə açmaq deməkdir. O, 
varlıq haqqında tə‟limdir, ontologiyadır».
1
Varlıq ətrafında gedən fəlsəfi axtarışlar öz mahiyyətinə görə 
müəyyən bir şəxsin və ya sosial qrupun mənafeyi ilə məhdudlaşmır. O 
bütünlükdə cəmiyyəti düşündürən və narahat edən məsələdir. Əsrimizin 
böyük filosofu M.Haydegger bu axtarışları obrazlı şəkildə insanın öz evini 
axtarması, evsizliyə və yetimçiliyə son qoyması kimi qiymətləndirir. 
Insanın təkcə maddi fəaliyyəti deyil, həm də mə‟nəvi həyatı (elmlə, bədii 
yaradıcılıqla və incəsənətlə məşğul olması) onun varlıq haqqındakı 
təsəvvürləri ilə sıx bağlıdır. Bundan əlavə varlığın anlaşılması insanları 
xoşbəxtliyə, vicdanlı olmağa, öz borcunu başa düşməyə yönəldən cəhdlərin 
mənbəyidir. 
Bir halda ki, varlığı yalnız insan öz təfəkkürü ilə dərk edə 
bilir. Deməli, onu bilmək insanı öz həqiqi mövcudluğunu, əzəli 
varlığını anlamaq, əldə etdiyi azadlıq səviyyəsini mə‟nalandırmaq 
üçün son dərəcə zəruridir. 
Varlıq anlayışı geniş və dar mə‟nada işlənilir. Birinci halda dünyada 
mövcud olan hər şey (cansız təbiət, üzvi aləm, cəmiyyət, Yer kürəsi, 
bütövlükdə Qalaktika, varlığa daxil edilir. Belə yanaşdıqda insanların siya-
si fəaliyyəti və mə‟nəvi fəaliyyətinin bütün məhsulları, elmi, şüuru, ideya 
və baxışları, hiss və təsəvvürləri də varlığa daxildir. Sözün məhdud (dar) 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin