fenomenologiyadır.
Onun əsasını alman filosofu
E.Qusserl (1853- 1938)
qoymuşdur. Sonradan o bütün digər fəlsəfi
cərəyanlara güclü tə‟sir göstərmişdir. Müasir dünyada ən populyar fəlsəfi
məktəblərdən biridir. Bu tə‟limi M.Şeler, M.Merlo- Ponti, Q.Qadamer kimi
məşhur filosoflar müdafiə edirlər. Onu yaradanların fikrincə fenomenolo-
giya şüuru və idrakı fəlsəfi tədqiq etmək üsuludur. Fenomenologiya
özündə klassik idealist fəlsəfənin (birinci növbədə Kantın) mütərəqqi
ideyalarını əks etdirir. Qusserl fenomenologiyanı xalis şüur haqqında elm
adlandırırdı. O materiya və şüuru birgə götürən klassik fəlsəfi dualizmi
rədd edir. Qusserlə görə ruh və yalnız o, «özündə varlıq və özü üçün varlıq
deməkdir».
O özünün şüur konsepsiyasını fenomenoloji reduksiya me-
todu əsasında
qurur. Həmin metod şüurun mahiyyətinə və əsas
strukturlarına aid olmayan hər şeyi onun məzmunundan kənarlaşdırır. O
cümlədən də ən‟ənələr, müxtəlif təsadüf xarakterli şüur hadisələri ondan
uzaqlaşdırılır. Bundan sonra xalis şüur əldə edilir. Bu şüur insanın
yaşantılarının axını kimi, müəyyən məqsədyönlü istiqamətə yönəlmiş halda
götürülür. Nəticədə şüur özünəməxsus mə‟na və əhəmiyyət kəsb edir. Belə
131
şüur axını müəyyən diskret (fasiləli) qurumların- fenomenlərin (tə‟limin
adı da buradan götürülüb) məcmusu kimi çıxış edir. Bu xassəsi üzündən
bütün şüur aktları (qavrayış, hafizə, xatirə, təfəkkür formaları və s.) pred-
met məzmunu ilə dolğunlaşır. Beləliklə də göstərilir ki, predmetlərin fe-
nomenal aləmi şüurun və ona xas olan sintezləşdirici spontan yaradıcılıq
fəaliyyəti nəticəsində yaranır və təşkil olunur.
XX əsrin əsas fəlsəfi cərəyanları ilə qısa tanışlıq sübut edir ki, onlara
münasibətdə ən‟ənəvi marksist yanaşma bu gün özünü doğrultmur. Bu
tə‟limlərdə və məktəblərdə varlıq, insan onun həyatının mə‟nası, daxili
dünyası, azadlıq, məs‟uliyyət problemlərinə dair bir çox maraqlı fikirlər
irəli sürülür. Onları öyrənmək ümumfəlsəfi təfəkkürün inkişafı baxımından
mühüm əhəmiyyət kəsb edir.
|