Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


obyektin necə dəyişilməsindən asılı olmayaraq müəyyən zaman



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə193/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   189   190   191   192   193   194   195   196   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

obyektin necə dəyişilməsindən asılı olmayaraq müəyyən zaman 
intervalında o öz mövcudluğunu və keyfiyyət müəyyənliyini sabit 
saxlayır. 
Hər hansı bir obyektin sükunətdə olduğunu söyləmək o deməkdir ki, 
onun məkanda müəyyən forması və sabit strukturu vardır. Lakin həmin 
sabit görünən maddi obyektə elektron mikroskop altında baxdıqda başqa 
bir vəziyyətin şahidi oluruq. Onun kənar sərhəddində olan molekullar daim 
hava ilə bir- birinə nüfuz edirlər. Yə‟ni həmin səthdə yerləşən molekullar 
fasiləsiz surətdə hava molekulları ilə qarşılıqlı surətdə bir- birinə keçirlər. 
Mə‟lum olur ki, bizim sükunət vəziyyətində qavradığımız hər hansı bir 
obyekt əslində daim dəyişmədədir. Eyni fikri mə‟nəvi həyat hadisələrinə 
münasibətdə də söyləmək olar. Bizim mə‟nəvi aləmimiz daim dəyişikliyə 
uğrayır (köhnə hisslər və fikirlər məhv olur, yeniləri yaranır). 
Beləliklə sükunət hərəkətin elə bir halını ifadə edir ki, bu hal 
predmetin dayanıqlığını, onun keyfiyyətinin saxlanılmasını tə‟min 
edir. 
Buna görə də sükunət nisbidir; onu mütləqləşdirmək doğru deyildir. 
Eynilə də dəyişkənliyi həddən artıq şişirtmək və mütləqləşdirmək yol 
verilməzdir. Sükunətə məhəl qoymamaq mütləq relyativizm (hər şeyi nisbi 
görmək deməkdir) adlanan səhvə gətirib çıxarır. 
Hərəkət fasiləliklə fasiləsizliyin vəhdətidir.
Hərəkətin bu xassəsi 
inkişaf anlayışında daha aydın görünür. Inkişaf irəli doğru yönəlmiş
qarşısı alınmaz hərəkətdir. Onun daxilindəki momentlər bir- birilə ayrılmaz 
əlaqədədir. Hərəkət mövcudatların öz daxilində, onların dəyişilmə mənbəyi 
kimi çıxış edir.
Qeyd olunmalıdır ki, hər hansı bir əşyanın hərəkəti yalnız başqaları 
ilə münasibətdə özünü göstərir. Ayrıca bir əşyanın müstəqil hərəkət etdiyi-
ni söyləmək cəfəngiyyat olardı. 
Odur ki, müəyyən bir obyektin 
hərəkətini öyrənmək üçün onu mütləq başqası ilə münasibətdə 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin