Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


hər bir yeni nəsil ondan əvvəlkilərin yaratdığı əxlaqi dəyərlərə arxa-



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə525/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   521   522   523   524   525   526   527   528   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

hər bir yeni nəsil ondan əvvəlkilərin yaratdığı əxlaqi dəyərlərə arxa-
lanmaqla, yenilərini yaradır
. Bu prosesdə həm də əxlaqi tərəqqi baş ve-
rir. Əxlaq normaları və prinsipləri dəyişilir, təkmilləşir və inkişaf edir. 
Cəmiyyətin tarixi gedişində şəxsiyyətin düzgün əxlaqi səmtləşməsinə 
yönələn nəzəri axtarışlar baş verir. Biliklərin yeni və özünəməxsus növü 
olan əxlaqi baxışlar sistemi, etik nəzəriyyələr yaranır. 
Əxlaq ictimai şüurun əsas qiymətverici formasıdır
. Burada insan 
əməllərinin ümumi qəbul olunmuş normativləri və qiymətləri ifadə olunur. 
Təsadüfi deyildir ki, əxlaqı bəzən yazılmamış qanunlar sistemi də 
adlandırırlar. 
Həqiqi əxlaqi təsəvvürlərə malik olan insan bu və ya digər məsələ 
üzrə qərar qəbul edərkən xarici mülahizələrdən (vəzifə, xeyir, gəlir və s.) 
deyil, daha çox öz daxili mənəvi borcu tələblərindən çıxış edir. Yüksək 
əxlaqlı şəxs güclü özünənəzarət qabiliyyətinə malikdir. Onun vicdanı 
şəxsiyyətin ikiləşməsinə yol vermir. 
Əxlaq insanın öz ailəsinə, xalqına, vətəninə və digər xalqlara 
münasibətində də təzahür edir. Bütün bunlardan əlavə əxlaq həm də 
şəxsiyyətin öz daxilinə yönəlmişdir. Hər bir insan ictimai dəyər kəsb edir. 
Buna görə də əgər kimsə özünə əzab vermək və intihar etmək istəyirsə


473 
əxlaq onu pisləyir. Çünki o, hər bir insandan öz sağlamlığını qorumağı, 
özünü ləyaqətlə aparmağı və ictimai faydalı əməklə məşğul olmağı tələb 
edir. 
Əxlaqi şüur özündə əxlaqi prinsipləri və normaları əhatə edir

Beləliklə əxlaq bir tərəfdən insanlar arasında obyektiv münasibətlərin 
müəyyən bir tərəfidir, onların hərəkətləridir, digər tərəfdən, o şüur 
formasıdır. 
Əxlaqın cəmiyyətdə rolu onun aşağıdakı funksiyalarında 
təzahür edir
: tənzimedici, qiymətverici və idraki. 
Birinci funksiya
əsas 
yer tutur. Əxlaq hər şeydən əvvəl cəmiyyətdə insanların davranışını 
tənzim etmək üsuludur. O tənzimetmənin tarixən qədim formasıdır. Sonra-
lar ictimai münasibətləri nizama salan yeni- yeni üsullar (hüquqi, inzibati, 
texniki tənzimetmə və sair) yaransa da əxlaq öz unikallığını və rolunu 
itirməmişdir. 
Əxlaqın qiymətverici
forması da çox mühümdür. Bu o 
deməkdir ki, əxlaq sosial hadisələri xeyir və şər baxımından 
qiymətləndirir. Əxlaqi bəyənmə və ya əxlaqi mühakimə etmə, həm də 
ədalət və ədalətsizlik meyarı ilə ölçülür. Əxlaqın 
digər funksiyası
idraki 
funksiyasıdır. Bu funksiya onu ifadə edir ki, bəşəriyyət inkişaf etdikcə 
insanlar daim yeni, daha humanist və daha perspektivli davranış normaları 
axtarmaqdadır. Bu məqsədlə etik nəzəriyyələr meydana gəlib inkişaf 
etmişdir. Əxlaqın idraki funksiyası müasir cəmiyyətdə daim artmaqdadır. 
Əslində əxlaqi qiymətlər, tələblər və ideallar sadəcə davranışı tənzim edən 
formalar deyil, onlar həm də cəmiyyətin və insanın mənəvi özünüdərk 
etməsi deməkdir. 
Əxlaqi 
şüurun 
mühüm 
bir 
xüsusiyyəti 
onun 
qeyri 
institusionallığıdır. Bu o deməkdir ki, mənəvi həyatın bir sıra sahələrindən 
(elm, incəsənət, din) fərqli olaraq əxlaq insanların mütəşəkkil fəaliyyət 
sahəsi deyildir. Buna görə də cəmiyyətdə əxlaqın fəaliyyəti və inkişafı ilə 
məşğul olan xüsusi təşkilatlar və müəssisələr yoxdur (professional etiklər 
istisna olunmaqla). 
Əxlaqi şüur həm də özünün imperativ (qəti, tələbedici) xarakteri ilə 
səciyyələnir. Başqa sözlə deyilsə, əxlaqi tələblərin əksəriyyəti xarici 
məqsədə (zahiri uğur və ya xoşbəxtlik) deyil, mənəvi borca (daxili mənəvi 
öhdəlik) yönəlmişdir. Onlara qəti və şərtsiz surətdə əməl olunması mənəvi 
tələb kimi çıxış edir.

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   521   522   523   524   525   526   527   528   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin