Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Mədə şirəsinin tərkibi və əhəmiyyəti



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə22/58
tarix21.03.2017
ölçüsü4,48 Mb.
#12158
1   ...   18   19   20   21   22   23   24   25   ...   58

Mədə şirəsinin tərkibi və əhəmiyyəti 

Mədə  bir  neçə  funksiya  yerinə  yetirir.  Onda  udulmuş  qida 

toplanır  və  mədə  şirəsi  ifraz  olunur.  Bundan  başqa  qida  mədədə 

mexaniki  dəyişikliyə  uğrayır.  Bütün  bu  təsirlərdən  sonra  qida 

ximusa  çevrilir  və  mədədən  onikibarmaq  bağırsağa  daxil  olur  və 

sonra bağırsaqlarda sonrakı dəyişikliyə və sorulmaya məruz qalır. 

İnsanın, itin və bir sıra başqa heyvanların təmiz mədə şirəsi 

rəngsiz, şəffaf və turş reaksiyalı olur. İnsanın mədə şirəsinin xüsusi 

çəkisi  1,0083-1,0086  arasında  dəyişir.  Bundan  əlavə  mədə 

turşusunun aşağıdakı vəzifələri vardır: 1) Xlorid turşusu pepsinin 

maksimum  dərəcədə  təsir  etməsi  üçün  lazım  olan  hidrogen 

ionlarının qatılığmı yaradır. 2) Xlorid turşusu tripsi- nogeni tripsinə 

çevirir. 3) Zülalları pepsinin təsirinə məruz qalması üçün şişirdir. 4) 

Südün  laxtalanması  üçün  süd  zülalı  olan  prokazeinin  kazeinə 

çevrilməsi  üçün  pepsin  və  ximozin  fermentlərini  fəallaşdırır.  5) 

Mədə  turşusu  bakteriosit  təsirə  malikdir.  Belə  ki,  mədəyə  düşən 

mikroorqanizmləri təsirdən salır. 

6

) Mədə turşusu mədə bağırsaqlar 



üçün  hazır  şəklə  düşmüş  qidaların  hissə-hissə  onikibarmaq 

bağırsağa keçməsi üçün şərait yaradır. 7) Mədədən bağırsağa keçən 

xlorid turşu 

233 

downloaded from KitabYurdu.org



su mədəaltı vəzinin humoral yol ilə şirə ifrazı üçün əhəmiyyəti olan 

prosekretini sekretinə çevirir. 

Mədə şirəsinin tərkibinin 99,2-99,6 %-ni su, 0,4-0

,8

 %- ni 



bərk maddə təşkil edir. Bərk maddə üzvi və qeyri-üzvi maddələrdən 

təşkil olunmuşdur. Üzvi maddənin çox hissəsini zülali birləşmələr, 

sonra  süd  turşusu,  qlükoza,  kriatinfosfor  və  ade-  nozinfosfor 

turşuları, sidik cövhəri, sidik turşusu və s. təşkil edir. 

Qeyri-üzvi maddələrdən ən çox Na, K, ammonium, xlor, az 

miqdarda fosfor və sulfat duzlarına təsadüf edilir. 

Mədə  şirəsinin  tərkibində  zülalları  parçalayan  pepsin 

fermenti  vardır.  Bu  ferment  turş  mühitdə  mürəkkəb  zülalları  orta 

zülallara- albumoz və peptonlara qədər parçalayır. 

Mədə  şirəsinin  tərkibində  pepsindən  başqa  südü  laxta- 

landıran ximozin fermenti vardır. Bu ferment zəif turşu, zəif qələvi 

və neytral mühitdə südün tərkibindəki prokazini kazey- nə çevirir. 

Kazein isə pepsinin təsirindən parçalanır. Bununla da süd laxtalanır. 

Mədə şirəsi fermentlərinin təsirindən laxtalanmış süd həzm olunur. 

Mədə şirəsinin tərkibində yağları qliserin və yağ turşularına 

qədər parçalayan lipaza fermenti dəri vardır. Yaşlı adamların mədə 

şirəsinin  tərkibində  olan  bu  ferment  emulsiya  şəklinə  düşmüş 

yağlara əhəmiyyətli dərəcədə təsir göstərir. Südəmər uşaqların və 

ya  cavan  heyvanların  mədə  şirəsinin  tərkibindəki  lipaza  fermenti 

süd  yağlarının  təxminən  25  faizini  parçalayır.  Ona  görə  də  bu 

ferment südlə bəslənən heyvanlar və uşaqlar üçün böyük əhəmiyyət 

kəsb edir. 

Selikli  hüceyrələr  daima  Na

+

,  K



+

,  Cf  və  HCO

3

,  örtük 



hüceyrələrə isə stimulyasiya zamanı H

+

, K



+

 və Cb ifraz edir. Mədə 

şirəsinin əsas komponenti olan selik, mədənin daxili səthini 

0,6


 mm 

örtərək  onu  mexaniki  və  kimyəvi  zədələrdən  qoruyur.  Mədə 

şirəsinin  digər  mühüm  komponenti  proteaza-  mn  sələfi  olan 

pepsinogendir.  Turşunun  təsirindən  pepsinogen  fəal  proteolitik 

fermen  pepsinə  çevirir  və  ancaq  turş  mühitə  təsir  edir.  Qələvi 

mühitdə  pepsin  geri  dönməyən  denaturasi-  yaya  uğrayır.  Mədə 

şirəsinin daxili amil adlanan üçüncü kom 

234 

downloaded from KitabYurdu.org



ponenti qlükoprteindir, örtük hüceyrələri ifraz edir. Bu vitamin Bi

2

-



nin nazik bağırsaqdan qana sorulmasına kömək edir. 

Mədə  şirəsinin  tərkibində  karbohidratları  parçalayan 

fermentlər  yoxdur.  Lakin  ağız  boşluğunda  tüpürcək  vasitəsilə 

islanan  qidalar  mədəyə  düşdükdə  tüpürcək  fermentləri  xeyli  vaxt 

karbohidratları parçalayırlar. 

Danilevskiyə görə mədənin selikli qişası xüsusi antipep- sin 

adlı maddə hazırlayır ki, bu da pepsini təsirdən salır. 

Qeyd  etmək  lazımdır  ki,  bu  məsələnin  böyük  nəzəri  və 

təcrübi  əhəmiyyətə  malik  olmasına  baxmayaraq,  hələ  bu  vaxta 

qədər belə bir vacib məsələ aydınlaşdırılmamışdır. 



13.20.

 

Mədənin motorikası 

Mədənin  ehtiyat  və  nəqliyyat  funksiyası.  Mədənin  əzələ 

fəallığı onun üç əsas funksiyasının yerinə yetirilməsini təmin edir: 

1)  Qidanın  qorunmasını,  2)  Onun  yerləşdirilməsi  və  xır- 

dalanmasmı  və  3)  Onikibarmaq  bağırsaqda  hərəkətini  -  eva- 

kuasiyasım təmin edir. 

Mədənin  əzələsi  üç  qatdan  ibarətdir:  xarici  uzunsov,  orta 

dairəvi  və  daxili  çəp  əzələ  qatlarından.  Əzələ  qatları  arasında  və 

onun  altında  mədənin  xüsusi  sinir  kələfi  -  Averbax  və  Meysner 

kələfləri  yerləşir.  Kələflərə  stimulyasiya  və  inqibirə  edən 

mediatorlar ifraz edən lifləri daxil olur. 

Mədənin  əsas  vəzifəsi  -  ona  daxil  olan  qida  üçün  anbar 

vəzifəsi yerinə yetirməkdir. Qida borusundan qida kütləsi mədəyə 

daxil  olana  qədər  onda  təzyiq  aşağı  düşür.  Belə  ki,  hormonların 

təsiri altında mədənin elastikliyi və həcmi artır. Mədənin tədricən 

tonik yığılması nəticəsində qida tədricən mədənin çıxacağına doğru 

yerini  dəyişir.  Mədənin  boşalması  vege-  tativ  sinir  sistemi, 

intramural sinir toru və hormonları tərəfindən tənzim olunur. Azan 

sinirin  kəsilməsi  zamanı  mədənin  pe-  ristaltikası  əhəmiyyətli 

dərəcədə  zəifləyir  və  mədənin  boşalması  ləngiyir.  Mədənin 

peristaltikası  xolesistokinin  hormonunun  və  xüsusi  ilə  qastirin 

hormonunun təsirilə qüvvətlənir. Lakin 



235 

downloaded from KitabYurdu.org



sekretin  qlükaqon,  samostatin  hormonlarının  təsirindən  isə 

sıxışdırılır.  Mədə  və  onikibarmaq  bağırsaq  arasında  təzyiq  fərqi 

hesabına qida bağırsağa daxil olur. 

Mədənin  şirə  ifrazı.  İonlar  və  makromolekullar  olan  mədə 

vəziləri sutka ərzində 2-3 litr mədə şirəsi ifraz edir. Bundan başqa 

mədə  qana  qastrin  ifraz  edir.  Mədə  şirəsi  ac  və  dolu  olanda  ifraz 

olunur.  Mədə  tərəfindən  ifraz  olunan  turşu  (HC1)  zülalları 

denaturasiya  edir  və  pepsinogeni  fəallaşdıraraq  onu  zülalları 

hidroliz edən və bakteriosid təsirə malik olan pepsinə çevirir. Mədə 

tərəfindən ifraz olunan selik mədənin  divarını örtür, selikli qişanı 

qoruyur və humusu əhatə edir. 

Nəhayət, mədə şirəsində vitamin Bi

2

-nin sorulmasına səbəb 



olan daxili amil olur (mikroprotein və foli turşusu), selikli mədəni 

az  miqdarda  maddələr,  məsələn,  alkoqol  (çox  hissəsi  mədədə) 

sorulur. 

Mədə üç şöbəyə: 1) kardial - mədənin girəcəyi, 2) Mədənin 

dibi və cismi - mədənin %-ni təşkil edir. Buranın örtük hüceyrələri 

HC1 turşu, əsas hüceyrələri pepsinogen I,II sekresiya edir; 3) Pilorik 

şöbə  -  mədənin  15-20%-ni  təşkil  edir.  Bo-  rulu  hüceyrələri  selik 

ifraz edir. Bu şöbənin xarakter xüsusiyyətini qastirin sekresiya edən 

G-hüceyrələrinin olmasıdır. 

13.21.

 

Mədə sekresiyasının tənzimi 

Azan  sinirin  cərrahi  yolla  kəsilməsi  və  ya  mədənin  G- 

hüceyrələri olan antral hissəsinin çıxarılması bazal sekresiyanın tam 

olaraq  dayanmasına  səbəb  olur,  buradan  belə  çıxır  ki,  o  qastrinlə 

stimulyasia  olunur  və  azan  sinirin  fon  tonsundan  asılı  olur. 

Sekresiya  üçün  adekvat  stimul  rolunu  qidanın  qəbulu  oynayır. 

Qidanın  təsiri  onun  qəbuluna  qədər  başlayır  və  qurtarana  qədər 

davam edir. 

Sekresiya  prosesi  üç  fazada  baş  verir.  1.Beyin  fazası  və  ya 

mürəkkəb reflektoru faza. 2. Mədə fazası. 3. Bağırsaq fazası. 



Beyin fazası və ya mürəkkəb reflektorlu faza. Bu fazanın 

başlanması qidanın qəbulunu gözləmək, o haqda düşün 



236 

downloaded from KitabYurdu.org



mək, danışmaq, onun görünüşü və qoxusu, nəhayət, dad his- siyatı 

ilə  əlaqədar  olur.  Beynin  müxtəlif  nahiyələrində  sinir  impulsları 

mədəyə  azan  sinir  vasitəsilə  verilir.  Güman  edilir  ki,  azan  sinirin 

təsiri ilə xaric olan qastrin sekresiyaya səbəb olur, çünki mədənin 

antiral hissəsinin denervasiyası praktiki olaraq sekresiyanı blokada 

edir. Bu qarşılıqlı əlaqə 1899-cü ildə İ.P.Pavlov tərəfindən hərtərəfli 

öyrənilmişdir (şəkil 6). O öz təcrübəsini ezofaqotomiya edilmiş qida 

borusu  və  kiçik  mədə  fisiulası  olan  it  üzərində  aparmışdır.  Belə 

kiçik mədənin qan damarı və azan sinirlə əlaqəsi qalır, amma selikli 

qişanın  vasitəsilə  böyük  mədədən  təcrid  olunur.  Belə  heyvan 

üzərində  aparılan  təcrübələrdən  aşağıdakı  nəticələr  alınmışdır.  1. 

“Yalançı qidalandırma” hansı ki, bu zaman udulmuş qida mədəyə 

deyil, qida borusunun kəsilib boyunun dərisinə tikilmiş nahiyəsin-

dən  xaricə  tökülür.  Bu  proses  reflektoru  olaraq  təçrid  olunmuş 

mədədən çoxlu mədə şirəsi ifrazına səbəb olur (Beyin fazası şərtsiz 

reflektoru faza). 

2.  Əgər  itin  qidalanması  həmişə  zəng  səsi  ilə  müşayiət 

olunursa, onda bir neçə gündən sonra ancaq təkcə zəng səsi uyğun 

gələn fistuldan tüpürcək və mədə şirəsi ifrazına səbəb olur (beyin 

fazası  şərti  reflektoru  komponenti).  Bu  təcrübələr  şərti  refleksləri 

öyrənməyin əsasını qoydu. 

Mədə  fazası.  Mədə  şirəsi  ifrazına  ona  daxil  olan  qidanın 

təsirindən mədənin divarının gərilməsi və qidanın tərkibində olan 

kimyəvi  komponentlərin  təsiri  səbəb  olur.  Mədənin  gərilməsi 

nəticəsində  əmələ  gələn  siqnallar  sinir  yolu  ilə,  yəni  afferent  və 

efferent siqnallar - azan sinir və yerli intramural reflekslər vasitəsilə 

nəql  olunur.  Kimyəvi  stimulyasiya  qastri-  nin  ifrazı  ilə  həyata 

keçirilir.  Mədə  fazasında  şirənin  ifrazı  üçün  əsas  kimyəvi 

stimulyator  rolunu  zülalların  həzm  məhsulları  -  peptidlər, 

oliqopeptidlər və amin turşuları, xüsusilə trip- tofan və fenilalanin, 

həmçinin kalsi və digər maddələr, o cümlədən Mg

2+

 ionları, alkoqol 



və kofein oynayır. 

Bağırsaq fazası. Nazik bağırsağın gərilməsi və orda iştirak 

edən  zülalların  həzmolunma  məhsulları,  həmçinin  mədə 

sekresiyasını stimulyasiya edir. Stimulyasiyanın mexanizmi, 

237 

downloaded from KitabYurdu.org



əsasən  hormonal  təbiətə  malikdir.  Bunun  fəal  hormonu  başqa 

sekresiyasında  inqibirəedici  təsirdə  mühüm  rol  oynayır.  Antral 

şöbədəki turş mühit (pH 3,O-dan aşağı) mədə fazasında qasti- rini 

sıxışdırır.  Nazik  bağırsaq  əhəmiyyətli  inqibitor  təsiri  göstərir. 

Burada  təzyiqedici  mexanizmlər  turşular,  yağlar  və  hi-  pertonik 

məhsul indusirə edir, hansı ki, onun təsirindən mədənin şirə ifrazına 

mane olan hormon sekretin və bulboqastro- nun vasitəsilə sekresiya 

olunur.  Yağlar  mədənin  şirə  ifrazına  ləngedici  təsir  edir. 

Sekresiyanın  induksiyasında  birinci  vasitəçi  rolu  oynayan 

mediatorlara asetilxolin, histamin və qastrin aiddir. Hormonların və 

ya  effektor  maddələrin  hüceyrənin  səthində  yerləşən  spesifik 

reseptorla  (asetilxolin-muskarin,  his-  taminin-  H

4

  və  qastirinin) 



qarşılıqlı təsiri zamanı hüceyrənin spesifik fəallığını induksiya edən 

ikinci vasitəçi- SAMF və Ca

2+

 əmələ gəlir. Mədə hərəkətlərinə təsir 



göstərən hər iki siniri kəsdikdə, mədə əzələlərinin tonusu zəifləyir, 

hərəkətlər müvəqqəti itir, lakin sinirləri kəsdikdən bir-iki saat sonra 

hərəkətlər  yenidən  bərpa  olunmağa  başlayır.  Aparılan  tədqiqat-

lardan  məlum  olmuşdur  ki,  mədənin  divarlarında  sinir  hücey-

rələrinin yığıntısından əmələ gəlmiş sinir düyünləri vardır. Həmin 

düyünlər  yerli  təsir  göstərməklə,  yəni,  bu  düyünlərdə  periodik 

şəkildə baş verən oyanmalar mədənin hərəkətlərinə səbəb olur. 

Bu  kimyəvi  maddələrin  bir  qismi  mədə  hərəkətlərinə 

oyandırıcı,  digər  qismi  tormozlayıcı  təsir  göstərir.  Oyandırıcı 

maddələr:  qastrin,  histamin,  xolin,  ionları  tormozlayıcı  təsir 

göstərən  maddələrə:  adrenalin,  entroqastron,  noradrenalin  və  Ca 

ionları daxildir. 

Mədənin əzələləri xaricdən qıcıq vermədən belə öz- özünə 

hərəkət etmək, yəni avtomatizm qabiliyyətinə malikdir. Bədəndən 

ayrılmış mədəni 37-38 -li Rinker məhlulu içərisində saxladıqda bir 

neçə saat onun avtomatik hərəkətləri mühafizə olunur. Bu hərəkətlər 

bilavasitə  mədənin  divarlarında  yerləşən  sinir  hüceyrələrinin 

yığıntısından əmələ gəlmiş Averbax sinir düyünlərinin fəaliyyəti ilə 

əlaqədardır. 

238 

downloaded from KitabYurdu.org



13.22. Qidanın mədədən bağırsağa keçməsi 

Mədə ilə onikibarmaq bağırsaq arasında həlqəvi əzələlərin 

qalmlaşmasmdan  əmələ  gələn  büzücü  əzələ-sfmktor  vardır.  Bu 

sfinktorun  periodik  daralıb  və  boşalması  sayəsində  qida  kütləsi 

hissə-hissə mədədən bağırsağa keçir. Mədədə qida olduqda sfinktor 

periodik  daralır  və  boşalır.  Mədədə  olan  qida  mədə  turşusu  ilə 

qarışıb,  humus  halına  keçir,  turşu  ilə  hopdurulmuş  belə  qida 

mədənin  girəcəyindən  çıxacağına  doğru  hərəkət  etməyə  başlayır, 

turş qida mədə çıxacağının  selikli qişasında  yerləşən həssas sinir 

uclarını  qıcıqlandırır.  Qıcıqlar  sinir  oyanmalarına  çevrilir. 

Oyanmalar  afferent  sinirlərlə  uzunsov  beyindəki  mədənin 

boşalması  mərkəzinə  verilir.  Efferent  sinirlərlə  gələn  sinir 

impulslarınm  təsiri  altında  sfinktor  boşalır,  bir  hissə  turş  qida 

onikibarmaq bağırsağa keçir. 

Pankreas,  bağırsaq  şirəsi  və  ödün  təsiri  ilə  qələvi  mühit 

yaranır. Onikibarmaq bağırsağa turş qida keçdikdə onun divarında 

yerləşən həssas sinir uclarını qıcıqlandırmaqla reflek- toru yol ilə 

sfinktoru  büzür,  qida  mədədən  bağırsağa  keçə  bilmir.  Reflektoru 

yoldan başqa mədənin hərəkətləri və qidaların mədədən bağırsağa 

keçməsi humoral yol ilə tənzim olunur. Nazik bağırsaq divarlarında 

yerləşən hüceyrələr tərəfindən hazırlanan entroqastron yağ və yağ 

turşularının  təsirindən  fəallaşıb,  qana  sorulur,  qan  vasitəsilə 

mədənin hərəkətlərinə və mədənin boşalmasına tormozlayıcı təsir 

göstərir. 



13.23.

 

Qusma 

Yeyilən qidaların əks istiqamətdə geri qayıtmasına qusma 

deyilir.  Qusma  hadisəsi  orqanizmin  müdafiə  reaksiyası  olub, 

yararsız zəhərli maddələrin qana daxil olmasının qarşısını alır. 

Dilin  kökünün,  udlağm,  mədənin,  bağırsaqların  selikli 

qişasının,  qaraciyər,  uşaqlıq  və  digər  qarın  boşluğu  üzvlərinin 

reseptorlarının  qıcıqlanması  reflektoru  yolla  qusma  hadisəsinə 

səbəb olur. Qusma hadisəsinin mərkəzi uzunsov beyində 



239 

downloaded from KitabYurdu.org



dördüncü  mədəciyin  dibində  yerləşir.  Reseptorların  qıcıqlandı- 

rılması  ilə  əmələ  gələn  oyanmalar  azan  və  dil-udlaq  sinirlərinin 

tərkibində yerləşən sinir lifləri vasitəsilə mərkəzə verilir. Ref- leksin 

efferent hissəsini azan siniri və simpatik sinirlər təşkil edir. 

Efferent  sinirlərlə  gələn  impulsların  təsiri  altında  əvvəlcə 

nazik bağırsaq əzələləri yığılır, bu zaman qida bağırsaqdan mədəyə 

keçir.  Təxminən  10-20  saniyədən  sonra  mədə  əzələləri  yığılır. 

Mədənin  girəcəyi  və  yemək  borusunun  tonusu  zəifləyir.  Qarın 

basması  əzələlərinin  və  diafraqmanm  güclü  yığılması  nəticəsində 

qida  mədədən  sürətlə  yemək  borusuna,  oradan  da  ağız  vasitəsilə 

xaric edilir. 

13.24.

 

Müxtəlif heyvanların mədə həzminin xüsusiyyəti 

Təkamül prosesində  yeyilən qidalar mədənin quruluşunda 

və onda gedən həzm prosesinin gedişində çox mühüm dəyişikliklər 

əmələ gətirmişdir. Ən tipik, bir gözlü mədə ətye- yən heyvanların 

mədəsidir. Bu heyvanların mədə şirəsinin tərkibi, başqa heyvanlara 

nisbətən  zülal  fermentləri  ilə  daha  zəngin  və  turş  olur.  Otyeyən 

heyvanların qidalarının əsas tərkib hissəsini sellüloza təşkil etdiyi 

üçün bu qidalar çox çətinliklə həzm olunduğundan onların mədəsi 

bir  neçə  gözlü  olub,  mədə  həzmində  də  bəzi  dəyişikliklər  əmələ 

gətirmişdir.  Əsas  etibarilə  otyeyən  heyvanların  mədəsi  sadə  və 

mürəkkəb  olmaqla  iki  yerə  ayrılır.  1.  Birgözlü  -  sadə  mədə.  2. 

Çoxgözlü - mürəkkəb mədə. 



Atın  mədəsi.  Atm  mədəsi  birgözlü  olub,  çox  mürəkkəb 

quruluşa  malikdir.  Atm  mədəsinin  sağ  hissəsində  şirə  ifraz  edən 

vəziləri vardır. Sol hissəsi mədənin girəcəyini və geniş ki- səyəoxşar 

hissəni əhatə edir. Mədənin sol hissəsinin selikli qişasında şirə ifraz 

edən vəzilər olmur. Atın mədəsi heyvanın boyundan asılı olaraq 6-

15 litrə qədər qida tutur. 



240 

downloaded from KitabYurdu.org



13.25.

 

Gövşəyən 

heyvanlarda mədə 

həzminin xüsusiyyətləri 

Gövşəyən  heyvanlarda  mədəsi  öz  quruluşuna  və  mədə 

həzminin  xüsusiyyətlərinə  görə  başqa  heyvanların  mədəsindən 

kəskin surətdə fərqlənir. Bu heyvanların mədəsi 4 hissəyə ayrılır: I. 

işkənbə, II. tor, III. qat-qat və ya kitabça, IV. qursaq və ya şirdan. 

I,  II,  III  hissələrin  daxili  selikli  qişasında  həzm  vəziləri 

olmur. Əsl mədə IV hissə qursaq və ya şirdan adlanır. Bu hissənin 

selikli qişasında şirə ifraz edən vəzilər  vardır. Başqa heyvanların 

birgözlü mədəsinə oxşayır. Bu heyvanların mədəsinin təxminən 80-

100  litrə  qədər  tutumu  vardır.  Ön  mədəyə  düşmüş  qida 

arasıkəsilmədən  II,  sonra  III  gözə,  oradan  arasıkəsilmə-  dən  IV 

kameraya  -  şirdana  keçir.  Burada  yerləşən  mədə  vəzilərinin 

fasiləsiz şirə ifrazı üçün şərait yaradır. 

Bakteriyalarla yanaşı işgənbədə küllü miqdarda infu- zorlar 

vardır.  Burada  infuzorların  olması  işkənbəyə  quru  qidaların 

düşməsi  ilə  əlaqədardır.  İnfuzorlar  qidaları  mexaniki  dəyişikliyə 

uğradır, onları didib dağıdır, fermentlərin təsiri üçün şərait yaradır. 

Bakteriya və infuzorlar həm də həyat fəaliyyətləri zamanı 

yaşamaq  üçün  zəruri  olan  zülal,  qlükogen  sintez  etməklə 

heyvanların zülal və şəkərlərə olan ehtiyacını müəyyən qədər təmin 

etmiş olurlar. 

İşkənbədən bakterioloji dəyişikliyə uğramış qida tora keçir. 

Məlum olmuşdur ki, işkənbə ilə tor arasında selikli qişadan əmələ 

gəlmiş büküşlər vardır. 

Bu  nahiyənin  əzələləri  yığıldığı  zaman  büküş  işkənbənin 

tora açılan dəliyini qismən qapayır, dar yarıq şəklində olan dəlikdən 

yalnız  xırdalanmış  qidalar  tora  keçə  bilir.  Tordan  qat-qata  keçən 

qida bir qədər də yumşaldıqdan sonra nəhayət IV kamera şirdana 

və ya qursağa keçir. 

241 

downloaded from KitabYurdu.org



13.26. Nazik bağırsaq 

Nazik  bağırsaq  3  şöbədən  ibarətdir.  1.  Onikibarmaq 

bağırsaq (20-30 sm); 2. Acı bağırsaq (1,5-2,5 m); 3. Qalça bağırsaq 

(2-3  m).  Nazik  bağırsaqlar  tonik  gərgin  vəziyyətdə  4  m,  atonik 

vəziyyətdə (öləndən sonra) isə 6-8m qədər ola bilir. 

Nazik bağırsaq bir neçə mühüm funksiya yerinə yetirir. 

1)

 

Mədədən daxil olan himusu və mədəaltı vəzinin şirəsini, 



qaraciyərin ödünü, bağırsağın seliyi ilə birlikdə yerləşdirmək; 

2)

 



Qidanın həzmi; 

3)

 



Homogenezasiya və həll olunmuş maddənin sorulması; 

4)

 



Nazik bağırsaqlarda sorulmamış qida qalıqlarının yoğun 

bağırsağa doğru sonrakı hərəkəti; 

5)

 

Hormonların ifrazı; 



6)

 

İmmunoloji müdafiə. 



13.27.

 

Onikibarmaq bağırsaqda həzm 

Mədədən sonra onikibarmaq bağırsaq başlayır. Təxminən 25-

30  sm  uzunluğunda  olub  nazik  bağırsaqların  başqa  şöbələrinə 

nisbətən bir qədər genişdir. Onikibarmaq bağırsaq  nalşəkilli olub, 

pankreas  vəzisinin  başını  əhatə  edir.  Başqa  bağırsaqlar  kimi 

onikibarmaq  bağırsağın  divarı  da  üç  qişadan  təşkil  olunmuşdur. 

Selikli qişada külli miqdarda şirə ifraz edən Brünner və Liberkün 

vəziləri yerləşir. 

Onikibarmaq bağırsağ vəzilərinin hazırladığı şirə zəif qələvi 

xassəyə malikdir. 

Turş  qida  bağırsağa  keçdikdə  mühitin  turşlanmasına  səbəb 

olur. Bağırsaq şirəsi öd və pankreas şirəsinin təsiri ilə turş mühitdə 

neytrallaşır.  Bu  vaxt  pH-qələviliyə  doğru  meyl  edir.  Qeyd  etmək 

lazımdır  ki,  onikibarmaq  bağırsağın  şirəsinin  tərkibində  üzvi  və 

qeyri-üzvi maddələr vardır. 

Onikibarmaq bağırsağın orta hissəsinə pankreas axarı ilə öd 

axarının birləşməsindən əmələ gələn ümumi axacaq açılır (şəkil 12). 

242 

downloaded from KitabYurdu.org



 

Şəkil 

12. Onikibarmaq bağırsaqda gedən həzm prosesini əks etdirən sxem. 1 - orağabənzər bağ; 



- qaraciyərin sol payı; 

3- 

qaraciyərin sağ payı; 



- qaraciyərin kvadrat payı; 



- sağ boylama şırım; 



- sol boylama şırım; 7 - öd kisəsi; 



- öd kisəsinin axacağı; 9 - qaraciyərin axacağı; 10 - ümumi öd 

axacağı; 11 - mədəaltı vəzi; 12 - mədəaltı vəzin başı; 13 - mədəaltı vəzin quyruğu; 14 - mədəaltı vəzin 

Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin