Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


MUSTAFA MƏRDANOV (28.2.1894- 8.12.1968)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə112/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   470
MUSTAFA MƏRDANOV (28.2.1894- 8.12.1968) 

 

Milli komediya teatrımızın nadir istedad sahibi, görkəmli teatr xadimi, gözəl tərcüməçi, 



xeyirxah insan Mustafa Haşım oğlu Mərdanov 28 fevral 1894-cü ildə Gürcüstanın Tiflis şəhərində 

tanınmış ailədə doğulub. Atası Hacı Haşım  şəhərdə  və xüsusən azərbaycanlıların gur yaşadıqları 

"Şeytanbazar" məhəlləsində sayılıb-seçilən adam idi. Elmə böyük nıaraq göstərən Mustafa ilk 

təhsilini mollaxanada alıb. Sonra Tiflisdəki 3-cü gimnaziyanı bitirib (1905-1916). 

O, dostları  İbrahim  İsfahanlı  və Nadir İbrahimovla Sultanməcid Qənizadənin təbdilində 

"Xor-xor" vodevilini tamaşaya hazırlayıb. 28 fevral 1909-cu ildə qonşuları kaşiyevin zirzəmisində 

göstərilən tamaşada özü Seyfulla rolunu ifa edib. 1910-cu ildən isə gimnaziyada təhsil almaqla 

yanaşı, Tiflis "Müsəlman dram aktyorları" heyətinə daxil olub. Burada çoxlu rol oynayıb, İrana və 

Türkiyəyə qastrollara gedib. 1921-ci ildə o, Tiflis Dövlət Azərbaycan Dram Teatrında direktor və 

aktyor kimi çalışıb. 1922-1924-cü illərdə Moskvada Teatr Sənəti  İnstitutunda aktyor təhsili alıb. 

1924-cü ilin yayından ömrünün sonuna qədər Milli Dram Teatrında aktyorluq edib, 

Realist aktyor məktəbinin parlaq simalarından olan Mustafa Mərdanovun zəngin 

yaradıcılığını dörd qismə ayırmaq olar: dramatik rollar, psixoloji-xarakterik obrazlar, əsasən komik 

personajlar və müxtəlif səpkili tərcümə surətləri. Aktyor romantik-monumental tamaşalarda 

oynadığı rolları da realist səpkidə ifa edib. Onun rollar qalereyası  bədii təravəti, ifa bütövlüyü

aktyor səmimiyyəti ilə seçilib. 

Parlaq yaradıcılıq nailiyyətlərinin az bir qismi bunlardır:  Əbdül,  İmamverdi ("Solğun 

çiçəklər" və "1905-ci ildə", Cəfər Cabbarlı), Hacı Qara, Xan ("Hacı Qara" və "Lənkəran xanının 

vəziri", Mirzə  Fətəli Axundzadə), Vəzir ("Vaqif", Səməd Vurğun), Mindilli ("Nişanlı  qız", Sabit 

Rəhman), Həsənov, Alışov ("Həyat" və "Kəndçi qızı", Mirzə İbrahimov), Malvolio, Loğman-Poloni, 

Rodriqo, Kapuletti ("On ikinci gecə", "Hamlet", "Otello" və "Romeo və Cülyetta", Vilyam Şekspir), 

Hofmarşal ("Məkr və məhəbbət", Fridrix Şiller), Fiqaro ("Fiqaronun toyu", Pyer Bomarşe), Filibert, 




Markiz Forlipopoli ("Məzəli hadisə" və "Mehmanxana sahibəsi", Karlo Haldoni), Robinzon, Şmaqa 

("Cehizsiz qız" və "Günahsız müqəssirlər", Aleksandr Ostrovski), Luka ("Həyatın dibində", Maksim 

Qorki), Jorj Danden, Sqanarel, Jordan ("Jorj Danden", "Don Juan" və "Bağa qınını bəyənməz", Jan 

Batist Molyer), Dando, Bob ("80 gün dünya səyahəti" və "Kapitan Qrantın uşaqları", Jül Vern), 

Xlestakov ("Müfəttiş, Nikolay Qoqol). Mustafa Mərdanov teatr fəaliyyəti ilə yanaşı, çoxlu bədii 

filmə çəkilib. 

Ümumilikdə üç yüzə yaxın səhnə obrazı ifa etmiş Mustafa Mərdanov 1935-ci ildə 

Azərbaycan respublikasının əməkdar artisti və 17 iyun 1943-cü ildə xalq artisti fəxri adları ilə təltif 

olunub. Mustafa Mərdanov 1962- 1968-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin (bugünkü Teatr 

Xadimləri  İttifaqı) sədri olub. İttifaqın və Aktyor evinin hazırda Xaqani küçəsi, 10-da yerləşən 

binası Mustafa Mərdanovla Zəfər Nemətovun zəhməti və səyləri hesabına hasilə gəlib. 

8 dekabr 1868-ci ildə Bakıda vəfat edən Mustafa Mərdanov Fəxri xiyabanda dəfn olunub. 

Mustafa Mərdanov tipik xarakterlər yaratmağın ustası idi. Rolları cazibədar, duzlu və  ən 

əsası, yapışıqlı idi. Milli koloritə xüsusi fikir verirdi. Fransız, rus, italyan... xalqlarının folklorunu 

dərindən bildiyi üçün həmin  əsərlərdə rol oynayanda o millətin meydan tamaşalarının yumor 

estetikasından bacarıqla barınırdı. Obrazın ictimai və sosial mənşəyini koloritli boyalarla rəsm 

edirdi. 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin