Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə113/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   470
KAZIM ZİYA (213.1896-20.1956) 

 

Səlist səhnə danışığı, aydın və  məftunedici diksiyası, yüksək səhnə  mədəniyyəti, dərin 



mütaliəsi, geniş dünyagörüşü, müəllimlik məharəti ilə  işlədiyi bütün teatrlarda kollektivin böyük 

rəğbətini qazanmış Kazım Ziyanın zəngin yaradıcılığı öz dəyər və mənası ilə milli teatr sənətimizin 

parlaq səhifələrini təşkil edir. Kazım Ziya hələ gənc yaşlarından səhnədə Azərbaycan dilinin aydın 

və dəqiq tələffüzü uğrunda mübarizə aparmış, nöqsanlara qarşı barışmaz olmuşdur. 

Kazım Cəfər oğlu Kazımzadə (Kazım Ziya) 21 mart 1896-cı ildə Azərbaycanın Ordubad 

rayonundakı Yuxarı  Əylis kəndində doğulub. Yeniyetmə yaşlarından  ərəb və fars dillərini 

mükəmməl öyrənib. Sonralar rus və fransız dillərini də  mənimsəyib. Gələcəyin sənətkarı 1911-ci 

ildə  əmisi Hüseynin ailəsi ilə Bakıya köçüb. O, 1912-ci ilin payızında burada "İttihad"  İran 

gimnaziyasma daxil olub. Bir il sonra Kazım məktəbdə ədəbiyyat dərnəyi yaradıb. 

1914-cü ildə Hüseyn Ərəblinski başda olmaqla teatr fədailəri "İttihad" məktəbində 

şagirdlərin nəfinə (xeyrinə)  Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" faciəsinin tamaşasını 

göstəriblər. Bununla da Kazım Ziyanın taleyinin sənət seçimi qətiləşib. Həmin vaxtdan müxtəlif 

teatr dəstələrində çıxışlar edib. 

Kazım Ziya Milli Dram Teatrının tamaşalarında fəal iştirak etsə də, truppanın ştatına 1922-ci 

ildə götürülüb. Arada bir il Naxçıvana gedib. Orada dövlət teatrının formalaşmasında ciddi çalışan 

Kazım Ziya 1925-ci ildə yenidən Bakıya qayıdaraq Bakı Türk İşçi və Kəndli Teatrının truppasına 

daxil olub. Bakı Türk İşçi Teatrı 1933-cü ildə Gəncəyə köçəndə Kazım Ziya da doğma kollektivdən 

ayrılmayıb. 1936-cı ildən 1938-ci ilədək Tiflisdə  və  İrəvandakı dövlət teatrlarında aktyorluq edib. 

1938-ci ildə Bakıya gələrək Milli Dram Teatrının formalaşıb şöhrətlənmiş truppasına daxil olub. 

Səhnə səmimiyyəti və yüksək intellektuallığı ilə seçilən Kazım Ziyanın Milli Dram Teatrında 

yaratdığı əsas rollar bunlardır: Arif, Dərviş ("İblis" və "Şeyx Sənan", Hüseyn Cavid), Vaqif Söhbət 

("Vaqif" və "Xanlar", Səməd Vurğun), Surxay, Usta Segah ("Toy" və "Xoşbəxtlər", Sabit Rəhman), 

Piri baba ("Eşq və intiqam", Süleyman Sani Axundov), Şeyx Nəsrulla ("Ölülər", Cəlil 

Məmmədquluzadə), İmamyar, Xaspolad ("Yaşar" və "Oqtay Eloğlu", Cəfər Cabbarlı), Mirzə Həbib, 

Xan ("Lənkəran xanının vəziri", Mirzə  Fətəli Axundzadə), Dmitri Petroviç ("İki qardaş", Mixail 

Lermontov), General Tomson ("Şərqin səhəri", Ənvər Məmmədxanlı), Sərdar Eldarov ("Son gülən", 

Kondrat Krapiva), Baturin ("O tayda", Anatoli Boryanov), Kastenov ("Bir evin sirri", Tur 

qardaşları). 




"Bismillah", "Səbuhi" filmlərinə  çəkilən Kazım Ziya Lev Tolstoyun "Canlı meyit", Henri 

İbsenin "Cəmiyyət sütunları", Vadim Sobkonun "İkinci cəbhə arxasında", Aleksandr Dümanın 

"Qanlı qala" ("Nel qülləsinin sirri") pyeslərini və digər dramları dilimizə tərcümə edib. 

Kazım Ziya 17 iyun 1943-cü ildə  əməkdar artist olmadan birbaşa Azərbaycan 

Respublikasının xalq artisti fəxri adına layiq görülüb. O, 1948-ci ildə  "Şərqin səhəri" (Ənvər 

Məmmədxanlı) tamaşasının bir qrup yaradıcı heyəti ilə birgə Tomson roluna görə Stalin mükafatı 

laureatı olub. 

Faciə, məhəbbət qəhrəmanlarını, "partlayan" gülüşlü komediya obrazlarını, birrəngli rəsm 

edilmiş tipik xeyirxah insan obrazlarını oynamış Kazım Ziya mürəkkəb səciyyəli xarakterik rollarda 

əsil sənət qələbələri qazanıb. Səhnədə müəyyən mürəkkəb vəziyyətlərdə  təqdim olunan obrazların 

pyesdə göstərilməyən "məişət tərzinin", keçdiyi həyat mərhələlərinin nəzəri-estetik, fəlsəfi-psixoloji 

fəaliyyət xəttini, dramatik ideya yükünü müəyyənləşdirməyə cəhd göstərən və surətin indisini həmın 

prizmadan işıqlandırmağa çalışan aktyor idi. İfa etdiyi transız, ingilis, türk, rus... obrazların ictimai-

sosial mənşəyinə əsaslanaraq rolun bədii məntiqinə uyğun əda, davranış tərzi, geyim-qrim görkəmi, 

mimika ifadə vasitələri tapırdı. 

Görkəmli sənətkar 20 noyabr 1956-cı ildə Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub. 

 

  


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin