Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının banilərindən biri, həm faciə, həm dram, həm
Bakıda doğulub. 1927-ci il martın 15-də "Dənizçilər klubu"nda Lətif Kərimlinin "Fırtına" pyesinin
tamaşası oynanılıb. Bu tamaşanı, başda Ağadadaş Qurbanov olmaqla, talelərini teatra bağlayan
məktəblilər hazırlamışdılar. Bununla da Bakıda Fəhlə Uşaqlar Teatrının (sonralar Gənc Tamaşaçılar
Teatrı adlandırıldı) bünövrəsi qoyulub.
Ağadadaş Qurbanov həmin vaxtdan 1952-ci ilədək bu teatrda işləyib və qısa müddətdə
kollektivin əsas qüvvələrindən Diri olub. Aktyor Gənc Tamaşaçılar Teatrında böyüklər üçün
nəzərdə tutulan Cəfər Cabbarlının "Aydın" (Aydın), Mirzə Fətəli Axundzadənin "Molla İbrahimxəlil
kimyagər" (Molla İbrahimxəlil), Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" (Hacı Qəmbər), Fridrix
Şillerin "Qaçaqlar" (Karl Moor), Nikolay Qoqolun "Müfəttiş" (Xlestakov), Rabindranat Taqorun
"Qaneşin yolu" hekayəsi əsasında "Əfilər" (Qaneş) pyeslərinin tamaşalarında iştirak edib.
Ağadadaş Qurbanov 1952-ci ildən ömrünün sonunadək Milli Dram Teatrında işləyib. O, bu
teatrda Mirzə Səməndər, Əbu Übeyd, Ötgün ("Almaz", "Od gəlini" və "Dönüş", Cəfər Cabbarlı),
Şeyx Mərvan və Şeyx Sənan, Səyavuş ("Şeyx Sənan" və "Səyavuş", Hüseyn Cavid), Kamillo ("Qış
nağılı", Vilyam Şekspir), İbrahim xan və Vaqif ("Vaqif", Səməd Vurğun), Şults ("Uzaq sahillərdə",
İmran Qasımov və Həsən Seyidbəyli), İvanov ("Göz həkimi", İslam Səfərli), Dəmirçi Musa ("Toy",
Sabit Rəhman), Yəhudi ("Mariya Tüdor", Viktor Hüqo), Kamal ("Məhəbbətin hökmü", Cabbar
Məcnunbəyov), Hacı Qara ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Tağı Hüseyn ("Köç", Cavad
Fəhmi Başqut), Allan ("Ailə namusu", Hüseyn Muxtarov), Gülcamal ("Yaxşı adam", Mirzə
İbrahimov), Professor Mudrov ("Şirvan gözəli", Ənvər Məmmədxanlı), Akif ("Həyat", Mirzə
İbrahimov), Əşrəf bəy ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov) kimi parlaq və yaddaqalan rollarda
çıxış edib.
"Səbuhi", "Koroğlu", "Bir qalanın sirri", "Kölgələr sürünür" filmlərinə çəkilib. "Arşın mal
alan" filmində Soltan bəy roluna çəkilən aktyor kinolentinin tamamlandığı ərəfədə Salyanda
qastrolda idi. Mehmanxananın eyvanına çıxanda qəfildən eyvan uçub və sənətkar 25 iyun 1965-ci
ildə faciəli şəkildə həlak olub. Bakıda Fəxri xiyabanda dəfn olunub.
17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar, 27 fevral 1954-cü ildə xalq
artisti fəxri adlarına layiq görülüb.
Dostları ilə paylaş: