AKADEMİK MİLLİ DRAM
TEATRINDA AKTYOR YARADICILIĞI
(1960-2004)
Birinci dərs
Ötən əsrin altmışıncı illərinin əvvəllərində teatrda yeni bir üslub özünün estetik prinsiplərini
və yaradıcılıq özəlliklərini təqdim etməyə başlayıb. Tofiq Kazımovun quruluş verdiyi "Sən həmişə
mənimləsən" (İlyas Əfəndiyev) tamaşası ilə isə lirik-psixoloji üslubun əsas nəzəri-fəlsəfi əsasları
teatr ictimaiyyətinə təqdim olunub. Tədricən lirik-psixoloji üslub teatrın aparıcı üslubları sırasında
möhkəmləndikcə, hətta müəyyən müddət öncüllüyü ələ aldıqca, truppanın gənc aktyorlarının
yaradıcılıqları da məhz həmin istiqamətdə formalaşıb. Azərbaycan Dövlət Teatr İnstitutunun
məzunları AMDT-nin truppasına qəbul olunanda lirik-psixoloji üslubun prinsipləri əsas meyar kimi
götürülüb. İllər keçdikcə haqqında söhbət gedən üslubu ləyaqətlə təmsil edən, onun ifadə vasitələrini
tamaşadan tamaşaya zənginləşdirən sənətkarlar yetişiblər.
* * *
Dostları ilə paylaş: