Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə171/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   167   168   169   170   171   172   173   174   ...   470
1996, 15 dekabr. "Hökmdar və  qızı". Quruluşçu rejissor Mərahim Fərzəlibəyov, rəssam 

İsmayıl Məmmədov, bəstəkar Adil Bəbirov.  Əsas rolları  Əliabbas Qədirov (İbrahim xan), Bəsti 

Cəfərova (Ağabəyim ağa), Sabir Məmmədov (Saday bəy), Bürcəli Əsgərov (Cavad xan), Səyavuş 

Aslan (Vanya koxa), Safurə  İbrahimova (Tubu xanım), Elxan Ağahüseynoğlu (Lisanoviç) ifa 

ediblər. 

İlyas  Əfəndiyevin ayrı-ayrı dram əsərləri müxtəlif illərdə AMDT-dən  əlavə  Gəncə, 

Naxçıvan,  Şəki,  Şuşa, Ağdam, Füzuli, Sumqayıt, Mingəçevir, Lənkəran dövlət teatrlarında, 

Azərbaycan Dövlət Rus Dram Teatrında da tamaşaya qoyulub. 

İlyas Əfəndiyevin əsərləri şirin və şirəli dili, zəngin psixoloji ifadə vasitələri, güclü, təzadlı 

və mürəkkəb xarakterləri, kəskin və  sərt konfliktləri, maraqlı süjet xətti, personajların real insani 

münasibətləri və janr cazibədarlığı ilə teatrların diqqətini cəlb edir. 

Bütün deyilənlər elmi-nəzəri tezislər kimi dramaturqların yaradıcılıqlarının ölçü meyarına 

çevriləndə görünür ki, İlyas  Əfəndiyevin lirik-psixoloji üslubu digər müəlliflərin üslubundan daha 

kamildir. 

İlk baxışda qəribə  səslənsə  də,  İlyas  Əfəndiyevin müsbət qəhrəmanı inkişaf etmir. Bu 

qəhrəmanın xasiyyəti, dünyagörüşü, amalları, insanlara münasibəti vahid və parçalanmazdır, müsbət 

qəhrəman müəllifin "öz varlığını" tərənnüm edir. Bəs, onda nəyə görə bu qəhrəmanın informativ 

dəyəri, maraq dərəcəsi hər dəfə yüksək səviyyədə qalır və tamaşaçı-oxucunu, tənqidi, teatr işçilərini 

(rejissoru, aktyoru, rəssamı, bəstəkarı) qane edir? 

İlk növbədə ona görə ki, qəhrəman hər dəfə keyfiyyətcə yeni kontekstdə davranır. 

Xalq yazıçısı (1979), əməkdar incəsənət xadimi (1969) İlyas  Əfəndiyev 3 oktyabr 1996-cı 

ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır. 

  

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin