Romantik pafosa,
gur səsə, coşğun daxılı temperamentə malik aktyordur. Nurəddin Əzulla
oğlu Quliyev (Mehdixanlı) 1956-cı il oktyabr ayının 6-da Cəlilabad rayonunun Tahirli kəndində
doğulub. ADİİ-nin dram və kino aktyorluğu fakültəsini bitirib (1978) və Akademik teatrın
truppasına daxil olub. 1989-cu ildə teatrdan çıxıb və beş il sonra yenə kollektivə qayıdıb. Xalq
artistidir (24 dekabr 2002).
Yazon ("Medeya", Jan Anuy), İppolit ("Fedra", Jan Rasin), Əbu Übeyd, Aydın, Orxan ("Od
gəlini", "Aydın" və "Ədirnə fəthi", Cəfər Cabbarlı), Təbriz, Məşədi Təhməz ("Büllur sarayda" və
"Şeyx Xiyabani", İlyas Əfəndiyev), Gur Şad "Özumüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə), Yaralı
əsgər ("Hələ" "sevirəm" "deməmişdilər...", Ramiz Novruz), Ərtoğrul ("Afət", Hüseyn Cavid)
rollarında uğurlar qazanıb.
Dostları ilə paylaş: