Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə193/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   189   190   191   192   193   194   195   196   ...   470
Fırəngız Mutəllimova 

 

Səhnə məlahəti, cazibəli şirinliyi, istedadının lirizmi, həssas zərifliyi, dramatik coşğunluğu, 

emosional və təbii yumoru oyadığı rollara təravət verir. Firəngiz Bəhər qızı Mütəllimova 1959-cu il 

mayın 1-də  Ağcabədidə doğuulub.  Əslən  Şuşalıdır.ADİİ-nin dram və kino aktyorluğu fakültəsini 

1980-ci ildə bitirib, həmin il avqust ayının 26-da AMDT-nin truppasında işləyir (arada müəyyən 

fasilə ilə). Azərbaycanın xalq artisdidir (28 oktyabr 2000). 

Aktrisa teatrda oynadığı Bəyim, Gülrux, Mələk ("Xursidbanu Natəvan", "Şeyx Xiyabani" və 

"Bizim qəribə taleyimiz", İlyas  Əfəndiyev), Nisə xanım ("Lənkəran xanının vəziri", Mirzə  Fətəli 

Axundzadə), Arvad ("Mənim  ərim dəlidir", Elçin), Həvva ("Varlı qadın",  Əli  Əmirli), Salehə 

("Gülüstanda qətl", Cəmil Əlibəyov), Adela ("Dişi canavar", Federiko Qarsia Lorka), Reya ("Böyük 




Romul", Fridrix Dürrenmatt), Nədidə ("Qanlı Nigar", Sadıq  Şendil) rolları ilə tamaşaçıların 

rəğbətini qazanıb. 

 

* * * 


 

Haqqında söhbət gedən dövrdə teatrda əməkdar artistlər Məcnun Hacıbəyov (1935), Aqşin 

Vəlixanov (1936-1998) ki-mi koloritli aktyorlar işləyiblər. Hazırda truppada xalq artistləri Laləzar 

Mustafayeva, Məleykə  Əsədova,  əməkdar artistlər Bürcəli  Əsgərov, Rafael Dadaşov, Sadıq 

İbrahimov, Telman Əliyev, Firuz Xudaverdiyev, Kübrabəyim  Əliyeva,  Əli Nur, Pərviz Bağırov, 

Cəfər Namiq Kamal, Telman Adıgözəlov,  Şükufə Yusupova, Elxan Quliyev, Sabir Məmmədov, 

Sənubər  İsgəndərova, Səidə Quliyeva, Hicran Nəsirova, Sevinc Əliyeva,  İlham  Əsgərov, Mətanət 

Atakişiyeva, Mehriban Xanlarova, bacarıqlı aktyorlardan Tofiq Hüseynov, Əlvida Cəfərov, Məzahir 

Cəlilov, İradə Ağasıbəyli (Həsənova), Abbas Qəhrəmanov, Münəvvər Əliyeva işləyirlər. 

  

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin