Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə189/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   185   186   187   188   189   190   191   192   ...   470
İlham Namiq Kamal      

 

Yüksək səhnə mədəniyyətinə malik komedıya aktyorudur, lakin dramatik rollar da oynayıb. 



İlham Namiq Kamal oğlu Əhmədov 1949-cu il yanvar ayının 9-da Bakıda anadan olub. ADİİ-nin 

dram və kino aktyorluğu fakültəsini bitirib (1970). 1972-ci il fevral ayının 3-də Akademik teatrın 

aktyor ştatına götürülüb. Özünün "İlham" miniatür teatrı var və bununla əlaqədar olaraq bir müddət 

(1993-1998) kollektivdən ayrılıb. Respublikanın xalq artistidir (24 dekabr 2002). 

Aktyorun çoxsaylı rollarının sırasında Təlxək ("Vaqif", Səməd Vurğun), Firuz, Lağlağı 

("Şəhərin yay günləri" və "Sizi deyib gəlmişəm", Anar), Müsyö Jordan ("Müsyö Jordan və dərviş 

Məstəli şah", Mirzə Fətəli Axundzadə), Hacı Mədinə "Dəli yıgıncağı" ), Adrian ("Fırtına", Vilyam 

Şekspir), Mattias ("Üç quruşluq opera", Bertolt Brext və kurt Vayl), Bubnov ("Həyatın dibində", 

Maksim Qorki), Feyzulla  ("Quşu uçan budaqlar", Əkrəm Əylisli), Doktor Qaratay ("Afət", Hüseyn 

Cavid) səhnə obrazları xüsusi yer tuturlar. 

 

Ramız Novruz   

 

Zahiri pafosdan və ritorikadan uzaq olmaga çalışır və lirik təmayüllü psıxolojı 



rollarda daha çox uğur qazanır. Ramiz Qəvvam oğlu Novruzov 1955-ci il may ayının 25-də 

Biləsuvar rayonunun Səmədabad kəndində doğulub. ADİİ-nin dram və kino aktyorluğu fakültəsini 

bitirib.  Əvvəl Sumqayıt teatrında işləyib və 16 may 1981-ci ildən AMDT-nin truppasındadır. 

Respublikanın xalq artistidir (24 may 1998). 

Əsas rolları: Qacar ("Vaqif", Səməd Vurğun),  İbn Yəmin ("İblis", Hüseyn Cavid), Yaralı 

zabit ("Biganələr oteli", Rüstəm  İbrahimbəyov), Rəbi, Surxay ("Od gəlini" və "Aydın", Cəfər 

Cabbarlı), Cəmil, Məhəmməd Cuvarlı ("Bizim qəribə taleyimiz" və "Sevgililərin cəhənnəmdə 

vüsalı",  İlyas  Əfəndiyev), Pompey ("Pompeyin Qafqaza yürüşü", Nəriman Həsənzadə), Edmund 

("Kral Lir", Vilyam Şekspir),  Nostradamus ("Hələ "sevirəm" deməmişdilər...",  Ramiz Novruz).  

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin