Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


ƏKBƏR QARDAŞBƏYOV (15.3.1923-26.3.2001)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə226/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   222   223   224   225   226   227   228   229   ...   470
ƏKBƏR QARDAŞBƏYOV (15.3.1923-26.3.2001) 

 

Aktyor  Əkbər Qardaşbəyov 15 mart 1923-cü ildə Naxçıvanda doğulub. Orta məktəbdən 



aktyorluqla maraqlanıb, dram dərnəklərində  çıxış edib. Naxçıvan DMDT-nin truppasına 1943-cü 

ildə daxil olub. 

Əsasən, xarakterik və kiçikhəcmli psixoloji rollar oynayıb. 

Realist aktyor məktəbinə  mənsubdur. Tipaj yaratmaq, Tiraj oyun üslubuna üstünlük verib, 

qaravəlli ifaçılıq prinsiplərindən, məsxərə və məzhəkə lementlərindən ustalıqla istifadə edib. 

Əkbər Hacı  oğlu Qardaşbəyov 1 iyun 1974-cü ildə Azərbaycan Respublikasının  əməkdar 

artisti, 12 iyun 1987-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. 

Əlli ilə yaxın səhnə fəaliyyəti göstərmiş aktyorun əsas rolları: Baqqal Xəlil ("Qaçaq Nəbi", 

Süleyman Rüstəm), Azər baba ("Fərhad və  Şirin", Səməd Vurğun), Mirzə Hüseyn ("Toy", Sabit 

Rəhman), Bəhruz ("Yarımçıq  şəkiİ", Adil Babayev), Elman ("Vətən", Abdulla Şaiq),  Şeyx Hadi, 

Gərşivəz ("Şeyx Sənan" və "Səyavuş", Hüseyn Cavid), Çingiz ("Eşq və intiqam", Süleyman Sani 

Axundov), Molla Abbas, Həkim,  Şeyx Nəsrulla ("Dəli yığıncağı", "Anamın kitabı" və "Ölülər", 

Cəlil Məmmədquluzadə),  İnfil ("Azərbaycan, dünyam mənim", Məmməd Araz. Poetik-dramatik 

kompozisiya), Sərvər, Soltan bəy ("Məşədi  İbad" və "Arşın mal alan", Üzeyir bəy Hacıbəyov), 

Toğrul, Fərhad, Fuad, Səməd bəy, Məmmədəli bəy, Molla Möhsün, Novruz bəy ("Yaşar", 

"Nəsrəddin şah", "Almaz", "Oqtay Eloğlu", "Sevil", "Solğun çiçəklər" və "Aydın", Cəfər Cabbarlı), 

Ata ("Astana", Aleksandr Dudarev), Paratov ("Cehizsiz qız", Aleksandr Ostrovski), Nuru Sayaner 



("Toros canavarı", Əziz Nesin), Knyaz ("Xanuma", Avksenti Saqareli), Verşinin ("Zirehli qatar 14-

69", Vyaçeslav İvanov). 

Əkbər Qardaşbəyov 26 mart 2001-ci ildə Naxçıvanda vəfat edib. 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin