Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


ƏYYUB HAQVERDİYEV (15.3.1911 - 7.7.1996)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə222/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   218   219   220   221   222   223   224   225   ...   470
ƏYYUB HAQVERDİYEV (15.3.1911 - 7.7.1996) 

 

Ömrünün altmış ilə yaxınını Naxçıvan teatrında keçirib. Əyyub Məmməd oğlu Haqverdiyev 



15 mart 1911-ci ildə Naxçıvanda doğulub. 1930-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirib. 

Lakin tələbə vaxtlarından, yəni 1929-cu ildən Naxçıvan teatrında aktyor işləyib və heç vaxt 

səhnədən ayrılmayıb. 

Sənətdə göstərdiyi xidmətlərinə görə 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının 

əməkdar artisti, 14 oktyabr 1964-cü ildə xalq artisti fəxri adlarına layiq görülüb. Qocaman yaşında 

da səhnədən uzaq düşməyən aktyor Naxçıvanda vəfat edib. 

Dramatik və faciə rollarında uğurlar qazanmış aktyorun yaradıcılıq imkanları komik 

personajların ifasında daha ifadəli  şəkildə  təcəssüm tapıb. Yaradıcılığı xarakter əlvanlığı  və janr 

müxtəlifliyi ilə seçilən  Əyyub Haqverdiyevin əsas rollarını belə  təqdim etmək olar: Dövlət bəy, 

İmamverdi,  Əmirqulu, Aqşin, Mazandaranski, Şərif, Məmmədəli bəy ("Aydın", "1905-ci ildə", 

"Yaşar", "Od gəlini", "Oqtay Eloğlu", "Almaz" və "Sevil", Cəfər Cabbarlı), Serqo ("Şeyx Sənan", 

Hüseyn Cavid), Kürd Musa, Xosrov ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), Mehdi ("Qaçaq 

Nəbi", Süleyman Rüstəm), Pardon Qurbanəli ("Həyat", Mirzə İbrahimov), Qoca Moor ("Qaçaqlar", 

Fridrix  Şiller),  Əhmədi Biqəm ("Adamın adamı", Anar), Taveriya ("Sevilya ulduzu", Lope de 

Veqa), Məşədi Oruc ("Ölülər", Cəlil Məmmədquluzadə), Məmiş ("İtirilmiş sağlıq", Hüseyn 

İbrahimov). 

Aktyor teatrın yaradıcılıq xarakterinə uyğun olaraq opera və operetta tamaşalarında da səhnə 

obrazları ifa edib. Bunların arasında Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Məcnunun atası), 

"Əsli və  Kərəm" (Keşiş) operalarında, "Məşədi  İbad" (Məşədi  İbad), "Arşın mal alan" (Vəli) 

operettalarında,  Şıxəli Qurbanov və Süleyman Ələsgərovun "Olmadı elə, oldu belə" (Alanzadə), 

"Özümüz bilərik" (Bəbirli), Məhərrəm  Əlizadə  və Fikrət  Əmirovun "Gözün aydın" (Qəhrəman), 

Süleyman Rüstəm və Səid Rüstəmovun "Durna" (Dursun) musiqili komediyalarında yaratdığı rollar 

tamaşaçılar tərəfindən daha maraqla qarşılanıb. 

Əyyub Haqverdiyev 7 iyul 1996-cı ildə Naxçıvanda vəfat edib. 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin