Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə228/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   224   225   226   227   228   229   230   231   ...   470
SOFYA HÜSEYNOVA (26 FEVRAL 1926) 

 

Bakıda doğulub. Qızlıq soyadı  İsmayılovadır. Atası  Həsən hərbçi idi və göndərişlə 



Naxçıvana işləməyə gəlib. Anası Xədicə Qazıyeva Naxçıvanın ilk aktrisası olub. Sofya Hüseynova 

orta məktəbi Naxçıvanda bitirib. Şagird vaxtlarında uşaq rollarında səhnəyə  çıxıb. Anasının 

tövsiyəsi ilə 1944-cü ildən teatrın truppasına daxil olub. 1945-ci ildə qısa müddət Zaqatala DDT-də 

işlədikdən sonra yenə Naxçıvana qayıdıb. Bu günə qədər səhnədən ayrılmayan aktrisa 1 iyun 1974-

cü ildə  Azərbaycan   Respublikasının əməkdar artisti, 1 dekabr 1982-ci ildə xalq artisti fəxri adları 

ilə təltif olunub. 

Ğülnar və Xuraman, Fitnə ("Vaqif" və "Fərhad və Şirin" Səməd Vurğun), Sara və Gülnisə, 

Susanna, Nadya ("Solğun çiçəklər", "Aydın" və "Oqtay Eloğlu", Cəfər Cabbarlı), Tərgül ("Məhsəti", 

Kəmalə  Ağayeva), Humay ("Komsomol poeması",  İsgəndər Coşqun), Zöhrə ("Eşq və intiqam", 

Süleyman Sani Axundov), Nərminə ("Göz həkimi",  İslam Səfərli), Zalxa ("Toy", Sabit Rəhman), 

Günəş ("Günəş", Hüseyn Razi), Tanya ("Alınmaz qala", Həsən Elsevər), Tovuz xanım ("Bir cüt 

bədmüşk ağacı",  Əkrəm  Əylisli), Gülnaz və  Sənəm, Gülçöhrə, Minnət xanım ("Məşədi  İbad", 

"Arşın mal alan" və  "Ər və arvad", Üzeyir bəy Hacıbəyov), Gülcamal ("Qatır Məmməd", Zeynal 

Xəlil), Qızbacı ("Hicran", Sabit Rəhman və Emin Sabitoğlu), Şölə xanım ("Özümüz bilərik", Şıxəli 

Qurbanov və Süleyman Ələsgərov), Güllücə ("Dan ulduzu", Cahangir Məmmədov) rolları aktrisanın 

yaradıcılıq nailiyyətləri sayılır. 

Milli koloriti həmişə  əsas götürən aktrisa, eyni zamanda əcnəbi dramaturqların pyeslərinin 

tamaşalarında oynadığı obrazların yaşadığı dövrün etiket qaydalarını, sosial mənşəyini, kübar 

davranış  tərzini dərindən mənimsəyib. Mənimsədiklərini isə ifa etdiyi rollarda yaradıcılıqla 

reallaşdırıb. Bu baxımdan kruçinina, Larisa ("Günahsız müqəssirlər" və "Cehizsiz qız", Aleksandr 

Ostrovski), Liana ("Bostan iti", Lope de Veqa), Xanuma ("Xanuma", Avksenti Saqareli) rolları 

aktrisanın ifasında canlı, təravətli, ecazkar rus və ispan qızları, şən və kələkbaz, məzəli və hoqqabaz 

gürcü yengəsidir. Mütənasib uca boyu, zərif bədən quruluşu aktrisaya müxtəlif rollar oynamağa 

geniş imkan yaradır. 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin