Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


ZEMFİRA ƏLİYEVA (25.12.1941-16.11.1995)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə231/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   227   228   229   230   231   232   233   234   ...   470
ZEMFİRA ƏLİYEVA (25.12.1941-16.11.1995) 

 



Zemfira xanım 25 dekabr 1941-ci ildə  Gəncə  şəhərində doğulub. Anası Firuzə  Bədirbəyli 

Gəncə DDT-nin aktrisası olub. Kiçik yaşlarından teatrın tamaşalarında uşaq rollarını oynayıb. 

İstedadı, ehtiraslı  və emosional ifadə vasitələri erkən formalaşdığı üçün 17 yaşında ona Cəfər 

Cabbarlının "Solğun çiçəklər" melodramasında Sara rolu tapşırılıb. Gənc aktrisa gözlənildiyindən 

çox uğur qazınıb. Bundan sonra aktrisa teatra götürülüb və qısa müddətdə Səməd Vurğunun "Vaqif" 

(Gülnar), Viktor Rozovun "Sabahın xeyir" (Liza), Evripidin "Medeya" (Medeya), Əfqan Əsgərovun 

"Qız atası" (Məryəm) əsərlərinin tamaşalarında mürəkkəb rollar oynayıb, "Böyük dayaq" filmində 

Pərişan obrazına çəkilib. 

Zemfira Məmmədəli qızı Əliyeva 1972-ci ildə Naxçıvan DMDT-nin truppasına daxil olub. 

Bu teatrda qazandığı  sənətkarlıq nailiyyətlərinə görə 1 iyun 1974-cü ildə Azərbaycan 

Respublikasının  əməkdar artisti və 1 dekabr 1982-ci ildə xalq artisti fəxri adları ilə  təltif edilib. 

Aktrisa 1988-1995-ci illərdə Akademik Milli Dram Teatrında işləyib. 16 noyabr 1995-ci ildə Bakıda 

vəfat edib. 

Füsunkar səhnə görkəmi, məlahətli danışığı, zəngin və əlvan ifadə vasitələri, coşqun daxili 

ehtirası vardı. Bu yaradıcılıq keyfiyyətləri aktrisanın yaratdığı  səhnə surətlərinə xüsusi emosional 

təravət, psixoloji dərinlik və  fəlsəfi bütövlük verirdi. Zemfira Əliyevanın Naxçıvan teatrında ifa 

etdiyi baş rolların yığcam siyahısını belə ümumiləşdirmək mümkündür: Almaz, Sara, Firəngiz, 

Yaqut ("Almaz", "Solğun çiçəklər", "Oqtay Eloğlu" və "Yaşar", Cəfər Cabbarlı), Səlma, Roza, 

Xumar, Anjel ("Ana", "Şeyda", "Şeyx Sənan" və "Uçurum", Hüseyn Cavid), Sona ("Hacı Qara", 

Mirzə Fətəli Axundzadə), Reyhan ("Yağışdan sonra", Bəxtiyar Vahabzadə), Maral ("Sənsiz", Şıxəli 

Qurbanov), Mədinə, Azadə ("Mənim nəğməkar bibim" və "Bir cüt bədmüşk ağacı", Əkrəm Əylisli), 

Pırpız Sona ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), Zinyət ("Toy", Sabit Rəhman), Söylü 

("Bəxt üzüyü", Vaqif Səmədoğlu ,) Nərmin, Anjel ("Unuda bilmirəm" və "Məhv olmuş 

gündəliklər", İlyas Əfəndiyev), Kleya ("Tülkü və üzüm", Gilerma Piqeyredu), Pəricahan və Zöhrə 

("Laçın yuvası" və "Eşq və intiqam", Süleyman Sani Axundov), Zəhra ("Bayramın birinci günü", 

Nazim Hikmət), Elektra ("Elektra", Sofoki), Dilbər ("Yenə o bağ olaydı...", Mlkayıl Müşfiqin 

şeirləri əsasında bədii kompozisiya), Vəfa ("Siz xoşbəxt yaşayın", Əlyar Yusifli). 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin