Geniş mənada milli teatr sənətimizin inkişafında xüsusi yeri olan, zəngin yaradıcılıq irsinə
Zəroş Həmzəyeva oynadığı müxtəlif xarakterli rolların psixoloji-estetik mahiyyətinə görə
romantik, realist və lirik-psixoloji aktyor məktəblərinin poetika xüsusiyyətlərini dərindən bilib.
Bildiklərini səhnədə məharətlə, ifadəli və məzmunlu çalarlarla öz oyununda ustalıqla
Şirin və yapışıqlı səsi ilə opera aktrisası kimi də bir sıra yaddaqalan partiyalar oxuyub.
Uzun illər teatrın aparıcı aktrisası kimi əksər tamaşalarda dramatik, fəci, lirik qəhrəmanların
Zəroş Mirzəbağır qızı Həmzəyeva 22 mart 1925-ci ildə Naxçıvan Muxtar Respublikası
Babək rayonunun Nehrəm kəndində doğulub. Qızlıq soyadı Əliyevadır. Məşhur aktyor və rejissor
İbrahim Həmzəyevlə ailə həyatı qurandan sonra "Həmzəyeva" soyadını daşıyıb. Aktrisa kimi də
Atası dövrünün tanınmış ziyalılarından olub. O, qızının təhsil almasına xüsusi səy göstərib.
Anası Əfşan xanım Makulu İrəvanın tanınmış kübarlarından olan İbrahim xanın qızıdır. İbrahim xan
Zəroş xanım orta təhsili Nehrəm kəndində alıb. Doqquz-on yaşlarından şeir söyləməyə,
deklamasiyaya meyil göstərib. Məktəbin dram dərnəyində çıxış edib.
Səhnəyə ilk dəfə 1941-ci ildə, on altı yaşında çıxıb. Onu peşəkar səhnəyə İbrahim Həmzəyev
cəlb edib. İlk səhnə obrazı kimi Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" ("Yağışdan çıxdıq, yağmura
Yeniyetmə qız səhnəyə ilk çıxışından maraqlı oyun nümayiş etdirib. Sərbəstliyi və emosional
dəyişmə bacarığı ilə teatrın kollektivini heyran qoyub. Ona görə də elə həmin vaxtdan teatrın
truppasına aktrisa götürülüb. Qısa müddətdə teatrın aktyor ansamblına uyuşub və bir neçə ildə
Zəroş Həmzəyeva 1948-ci ildə həyat yoldaşı İbrahim Həmzəyevlə birlikdə Qaryagin (indiki
Füzuli) Dövlət Dram Teatrında aktrisa işləyib. Bir il ərzində burada ondan çox səhnə obrazında çıxış
Aktrisa bir sıra tamaşalarda, xüsusən "Vaqif" tamaşasında Xuraman rolunda Akademik
Azərbaycan Respublikasının əməkdar artisti (1956) və xalq artisti fəxri adlarına layiq
görülüb (7 oktyabr 1967). 1995-ci ildə fəxri təqaüdə çıxıb. Bakıda vəfat edib və ikinci Fəxri
Zəroş Həmzəyeva dramaturq Cəfər Cabbarlının qadın qəhrərnanlarının ən yaxşı ifaçılarından
sayılır. O, müxtəlif illərdə və müxtəlif rejissorların quruluşlarında ədibin "Solğun çiçəklər" (Sara),
"Nəsrəddin şah" (Sitarə), "Aydın" (Gültəkin), "Sevil" (Sevil), "Almaz" (Almaz və Yaxşı), "1905-ci
ildə" (Sona), "Od gəlini" (Solmaz), "Oqtay Eloğlu" (Firəngiz), "Yaşar" (Yaqut) dramlarının
tamaşalarında baş rolları ifa edib. Bu rolların bir qisınıni ayrıayrı quruluşlarda təkrarən oynayıb.
Aktrisanın baş rollar siyahısında Xumar, Südabə ("Şeyx Sənan" və "Səyavuş", Hüseyn
Cavid), Estrelya ("Sevilya ulduzu", Lope de Veqa), Şirin və Məryəm ("Fərhad və Şirin", Səməd
Vurğun), Gülcahan ("Nadir şah", Nəriman Nərimanov), Süsən ("Namus", Aleksandr Şirvanzadə),
Gülcamal ("Qatır Məmməd", Zeynal Xəlil), Dezdemona ("Otello", Vilyam Şekspir), Zinyət və Zalxa
("Toy", Sabit Rəhman), Məhsəti, İsmət ("Məhsəti" və "İsmət", Kəmalə Ağayeva), Mətanət ("Çicəkli
dağ", Məmmədhüseyn Təhmasib), Luiza ("Sahil əməliyyatı", Cəmşid Əmirov), kruçinina
("Günahsız müqəssirlər", Aleksandr Ostrovski) kimi sanballı xarakterlər var.
Xarakterik rollar oynamaqda Zəroş Həmzəyeva geniş yaradıcılıq imkanlarına malik idi.
Aktrisa əlvan ifadə vasitələri ilə Aqafiya ("Evlənmə", Nikolay Qoqol), Göyərçin ("Ədalət", Bəxtiyar
Vahabzadə), Fəxrəndə ("Bayramın birinci günü", Nazim Hikmət), Xuraman ("Vaqif", Səməd
Vurğun), Südabə ("Günəş doğur", Əbülfəz Abbasquliyev), Ana ("Ana ürəyi", Islam Səfərli), Həyat
("Həyat", Mirzə İbrahimov), Nazlı ("Nişanlı qız", Sabit Rəhman), Diləfruz ("Odlu diyar", Hüseyn
Razi), Reyhan ("Atayevlər ailəsi", İlyas Əfəndiyev), Yeganə ("Ibrahim", Cabbar Məcnunbəyov),
Pəri ("Pəri cadu", Əbdurrəhim bəy Haqverdiyev), Mehriban ("Vicdan əzabı" Əlyar Yusifli), Şölə
xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Fəxrəndə ("Bayramın birinci günü",
Nazim Hikmət), Münəvvər ("Toros canavari", Əziz Nesin), Mirondalina ("Mehmanxana sahibəsi",
Karlo Haldoni), At Balaxanım ("Adamın adamı", Anar), Mələk xanım ("İtirilmiş sağlıq", Hüseyn
İbrahimov), Zöhrə ("Eşq və intiqam", Süleyman Sani Axundov) rollarını oynayıb.
Zəroş xanımın kiçik, lakin ürəyəyatımlı və şirin səsi olub. Buna görə də Üzeyir bəy
Hacıbəyovun "Leyli və Məcnun" (Leyli və Leylinin anası), "Əsli və Kərəm" (Əsli) operalarında,
"Arşın mal alan" (Gülçöhrə, Telli və Asya), "Məşədi İbad" (Gülnaz), Zülfüqar bəy Hacıbəyovun
"Evliykən subay" (Pərizad), Süleyman Rüstəm və Səid Rüstəmovun "Durna" (Durna və Lalə),
Məcid Şamxalovla Zakir Bağırovun "Qaynana" (Afət) operettalarında əsas partiyaları ifa edib. Onun
yüksək səhnə mədəniyyəti və ifadə zənginliyi oynadığı musiqili tamaşa obrazlarına dinamik ritm və
emosional təravət verib.
Zəroş Həmzəyeva daxilən ehtiraslı və çılğın aktrisa idi. Bu keyfiyyətləri son dərəcə həssas
meyarlarla oynadığı obrazların xarakterlərinə uyğun şəkildə, fərqli ştrixlərlə canlandırırdı. Ona görə
də bu ehtiras və bu çılğınlıq bir-birindən fərqlənirdi.
Aktrisa faciə obrazlarında qatı boyalarla, dramatik personajların ifasında tipik ştrixlərlə, lirik
rollarda zərif psixologizmlə təcəssüm tapırdı.
Aktrisanın musiqili səsi vardı, səhnə danışığı aydın, səlist, ifadəli və cazibəli idi. Zəroş
xanım hər rolun məzmun tutumuna, ictimai-psixoloji ruhuna, daxili dramatizmınin gərginliyinə
uyğun olaraq səsinin variasiyalarından məharətlə istifadə edirdi.
Səhnədə həssas və diqqətcil yöndaş olması ilə seçilib. Mürəkkəb kompozisiyalı, kəskin
dramatizmli tamaşaların çətin psixoloji məqamlarda da səhnə diqqətini saxlaya bilirdi.
Zəroş Həmzəyeva vəziyyətin mahiyyətini dəqiq qiymətləndirirdi. Bununla da epizodda
iştirak edən aktyor və ya aktrisanın psixoloji hadisəni sərbəst oynamalarına, onun fəlsəfi mahiyyətini
tamaşaçılara dürüst çatdırmalarına, əsas vurğunu rejissorun ali məqsədinə yönəltmələrinə zəmin
yaradırdı.
Dostları ilə paylaş: