Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə314/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   310   311   312   313   314   315   316   317   ...   470
XURAMAN QASIMOVA (6 İYUN 1951) 

 

Opera və Balet Teatrına solist götürülməmişdən əvvəl, məktəbli vaxtlarından bir neçə bədii 



filındə baş rollara çəkilib. Buna görə  də  hələ vokal sənətində tanımnamışdan  əvvəl kino aktrisası 

kimi populyar olub. "Liftçi qız" filmində baş rolu ifa edib. Sonralar "Mən ki gözəl deyildim", "Həyat 

bizi sınayır" filmlərində  də maraqlı rollar oynayıb. Vokal ifaçılığında bir qədər sonralar uğur 

qazanıb. 

Xuraman  Əkrəm qızı Qasımova Bakıda doğulub. Səsinin tembri sopranodur. 1975-ci ildə 

Üzeyir bəy Hacıbəyov adına Azərbaycan Dövlət konservatoriyasında vokal sinifini bitirib. Çox az 

müddət Musiqili Komediya Teatrında işləyib. 1976-cı ildən Azərbaycan Dövlət Opera və Balet 

Teatrının solistidir. 

Opera teatrında Üzeyir bəy Hacıbəyovun "Koroğlu" (Nigar), Nazim Əliverdibəyovun 

"Cırtdan" (Cırtdan), Cahangir Cahangirovun "Xanəndənin taleyi" (Xanım), Cakomo Puççininin 

"Bohema" (Müzetta və Miınıni), Cüzeppe Verdinin "Aida" (Aida), "Otello" (Dezdemona), Pyotr 

Çaykovskinin "Yevgeni Onegin" (Tatyana), Covanni Perqomzininin "Xanınım qulluq-çusu" 




(Serpina), Şarl Qunonun "Faust" (Marqarita), Zakir Bağırovun "Qoca Xottabıç" (Leyla) operalarında 

yaratdığı obrazlar Xuraman Qasımovanın hərarətli sənət axtarışlarının parlaq nailiyyətləridir. 

Müğənni 1981-ci ildə Afinada keçirilən Mariya kallos adına Beynəlxalq müsabiqədə birinci 

mükafat alıb və "Qran Pri" mükafatının qızıl medalına layiq görülüb. 1988-ci ildə 8-ci Beynəlxalq 

Çaykovski müsabiqəsinin gümüş medalmı alıb. Xuraman Qasımova sənət nailiyyətlərinə görə 

Azərbaycan Respublikasının xalq artisti (1986) fəxri adına layiq görülüb. Azərbaycan 

Respublikasının Dövlət (1984) və Lenin komsomolu mükafatları laureatıdır. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   310   311   312   313   314   315   316   317   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin