Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə311/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   307   308   309   310   311   312   313   314   ...   470
Müslüm Maqomayev (7 avqust 1942) 

 

Bariton səsli Müslüm Maqomayev özünün parlaq istedad sahibi olduğunu çox erkən 



yaşlarından nümayiş etdirib. Opera teatrına solist götürülməmişdən əvvəl, iyirmi bir yaşında vokal 

ifaçılığında Azərbaycandan kənarda da çox populyarlıq qazanmışdır. 

Müslüm Məhəmməd oğlu Maqomayev Bakıda doğulub. Gözəl, yumşaq tembrli gur səsi olan 

Müslüm Azərbaycanın məşhur bəstəkarı, "Şah İsmayıl" və "Nərgiz" operalarının müəllifi Müslüm 

Maqomayevin nəvəsidir. 1968-ci ildə Üzeyir bəy Hacıbəyov adına Azərbaycan Dövlət 

Konservatoriyasında Şövkət Məmmədovanın sinifini bitirib. 

Müslüm Maqomayev 1963-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. 

Müğənni-aktyor 1964-1965-ci illərdə  İtaliyanın Milan şəhərindəki La-Skala teatrında vokal-opera 

təcrübəsi keçib. Son dərəcə ifadəli, coşqun, ruh yüksəkliyi oyadan ifadəli səs sahibi Müslüm 

Maqomayev ADOBT-də Üzeyir bəy Hacıbəyovun "Koroğlu" (Həsən xan), Müslüm Maqomayevin 

"Şah  İsmayıl" (Şah  İsmayıl), Coakkino Rossininin "Sevilya bərbəri" (Fiqaro), Cakomo Puççininin 

"Toska" Sezar Anjelotti və Baron Skarpio) və Sergey Raxmaninovun "Aleko" (Aleko) operalarında 

əsas partiyaları məharətlə ifa edib. 

1969-cu ildə keçirilən Kann və Sopot Beynəlxalq ifaçılıq festivallarının qalibidir. Böyük 

sənət uğurlarına görə 29 aprel 1971-ci ildə Azərbaycan Respublikasının xalq artisti, 1973-cü ildə 

SSRİ xalq artisti fəxri adlarına layiq görülüb. 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik 

Orkestrini yaradaraq, demək olar, bütün Yer Kürəsini gəzib. 

Rejissor Eldar Quliyevin çəkdiyi iki hissəli "Nizami" bədii filmində Nizami Gəncəvi rolunu 

oynayıb. Müğəninin zəngin yaradıcılığından bəhs edən "Oxuyur Müslüm Maqomayev" ekran əsəri 

çəkilib. 

 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   307   308   309   310   311   312   313   314   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin